Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakı nəqliyyatında YENİLİK: elektriklə işləyən avtobuslar istifadəyə veriləcək
Tarix: 21-12-2021 | Saat: 11:21
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər

Gələn ilin sonuna qədər Bakıda elektriklə işləyən avtobuslar istifadəyə veriləcək.
Bu barədə  Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, BMT-nin dayanıqlı inkişaf məqsədlərinin 11-ci bəndində ehtiva edilən "Şəhər və yaşayış məntəqələrinin açıqlığını, təhlükəsizliyini, davamlılığını və ekoloji dayanıqlılığını təmin etmək" üçün BNA öz töhfəsini verməkdədir.
"Ötən 6 ildə avtobus parkının 34%-i ekoloji təmiz, "Avro6" standartlı, CNG müəhərrikli avtobuslara əvəzlənib. Hədəf 2022-ci ilin sonunadək bu rəqəmi 75%-ə çatdırmaq və elektrikli avtobusları istismara verməkdir.
Dizellə işləyən avtobuslarla müqayisədə CNG ilə işləyən avtobuslardan havaya atılan karbon qazı 30%, azot dioksid isə 32% daha azdır.
2015-ci illə müqayisədə 2019-cu ildə avtomobil nəqliyyatından atmosfer havasına atılan çirkləndirici maddələrin həcmi 3,3% (32,5 ton), adambaşına düşən göstərici isə 5,8%, yaxud 5,9 kq azalıb,"-məlumatda bildirilib.


Xəbəri paylaş

5378 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___