İmişli rayon Qaravəlli kənd tam orta məktəbinin binası bir neçə illərdir ki, qəzalı vəziyyətdədir. Burada dərs zamanı hətta siçovullar sinif otağında gəzişirlər.
1973-cü ildə inşa olunan məktəb binası 153 şagird yerlik nəzərdə tutulub. Tikildiyi ildən bəri fəaliyyət göstərən təhsil ocağının binası öz istismar müddətini çoxdan başa vurub.
Qaravəlli kənd sakinləri deyirlər ki, vaxtı ilə onların təhsil aldıqları məktəb elə həmin dövrdə də, qəzalı vəziyyətdə olub. Lakin buna baxmayaraq məktəb hər zaman yüksək nəticələr göstərib. Odur ki, yeni məktəb binasının tiklməsinə ehtiyac var.
Məsələ ilə bağlı İmişli Rayon Təhsil Şöbəsindən bildirilib ki, Qaravəlli kənd tam orta məktəbi uyğunlaşdırılmış binada yerləşdirilib. 1973-ci ildə inşa olunan məktəbin vəziyyəti ilə bağlı Təhsil Nazirliyinə müraciət ünvanlanıb. Nazirlik tərəfindən yeni məktəbin tikintisi plana salınaraq təsdiq olunub. Növbəti ildən yeni məktəb binasının tikintisi nəzərdə tutulur.
Mövzu ilə bağlı Xəzər TV-nin hazırladığı sujeti təqdim edirik:
Azərbaycanda biabırçı məktəb binası - Siçovullar sinif otağında gəzişir - VİDEO
Tarix: 09-12-2021 | Saat: 08:06
Bölmə:Karusel / Hadisə / Təhsil / Xəbəraz TV | çapa göndər
Xəbəri paylaş
5678 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 09-12-2021 | Saat: 08:06
Bölmə:Karusel / Hadisə / Təhsil / Xəbəraz TV | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
30-11-2016, 11:42
SON DƏQİQƏ! Məşhur aktyor faciəvi qəzada öldü - FOTOLAR
25-02-2019, 13:02
Sabah bu yollar bağlı olacaq
26-08-2015, 15:17
Nadir Qafarzadənin vəzifə alması ilə bağlı xəbər yalan çıxdı
25-07-2017, 11:01
Əri anası ilə birləşərək arvadını döydü, saçını qırxdı
27-04-2016, 21:31
Rusiya 4 min hərbçi və 600 texnika ilə əməliyyata başladı - Video
5-11-2016, 12:17
Min bir dərdin dərmanı - Heyva
21-04-2016, 23:46
Qazaxıstandan İrəvana tərs şillə
23-04-2021, 14:44
Goranboy Icra Başçısına Qarşı Etiraz: “Cənab Prezident Şəhidlərin Ruhuna Xatir Bizə Kömək Olun” -Video
20-07-2018, 15:12
Rəqsanə çimərlik geyimindəki fotosuna görə ciddi tənqid olundu: “Görməmiş gün görür…” - FOTO