Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nadir Qafarzadənin vəzifə alması ilə bağlı xəbər yalan çıxdı
Tarix: 26-08-2015 | Saat: 15:17
Bölmə:M / Karusel / Gündəm / Fotogalereya | çapa göndər

Nadir Qafarzadənin vəzifə alması ilə bağlı xəbər yalan çıxdı
“Razılaşdıq ki...”.

Bu gün media nümayəndələrinə müğənni Nadir Qafarzadənin mətbuat xidmətindən Abşeron rayonu Qobu qəsəbəsinin Mədəniyyət sarayının direktoru vəzifəsinə təyin olunması ilə bağlı məlumat verildi.

Xəbəraz.az xəbər verir ki, Oxu.Az-ın əməkdaşı bununla bağlı Abşeron rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlham Manafovla əlaqə saxlayıb.

Onun sözlərinə görə Qafarzadənin direktor təyin edilməsi ilə bağlı yayılan xəbərlər yalandır:

“Nadir Qafarzadə bizim tədbirlərimizdə həmişə fəal iştirak edir. O, özü bizə müraciət etmişdi ki, burada onu işə götürək. Mart ayında - Beynəlxalq Qadınlar Günü ərəfəsində aramızda belə bir söhbət olmuşdu ki, mədəniyyət klublarından hansında boş yer olarsa onu həmin yerə direktor, yaxud adi işçi kimi götürə bilərik.

Daha sonra da razılaşdıq ki, Nadir Qafarzadə kəndlərdə də konsertlər verə bilər. Yayılan xəbərlər əsassızdır. O, bizim işçimiz deyil”.

İ. Manafov bildirib ki, hazırda Qobu qəsəbəsinin Mədəniyyət sarayının direktor postu boşdur və həmin vəzifəni hazırda müvəqqəti olaraq Vüqar İsrafilov adlı şəxs icra edir. O isə hal-hazırda məzuniyyətdədir.


Xəbəri paylaş

6108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___