Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Azəristiliktəchizat”ın xidmət rəisindən mənzilini qızdıra bilməyən sakinlərə ÇAĞIRIŞ
Tarix: 16-11-2021 | Saat: 11:12
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

“Azəristiliktəchizat”ın xidmət rəisindən mənzilini qızdıra bilməyən sakinlərə



Artıq dünəndən başlayaraq Bakı və digər ərazilərə istilik sisteminin verilməsinə başlanılıb. İstilik veriləndən sonra bəzi vətəndaşlar normal istilik ala bilməmələrindən şikayət etməyə başlayıblar.
Bu problemlər nədən qaynaqlanır? Ümumiyyətlə hazırda istilik verilməsində hansı problemlər mövcuddur? Hazırda Bakıda nə qədər bina və mənzil istiliklə təmin edilir? Bu və digər sualalra cavab tapmaq üçün “Azəristiliktəchizat” ASC ilə əlaqə saxladıq.
“Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev  açıqlamasında bildirdi ki, bu istilik mövsümündə qurumun vətəndaşlara istilik verməsi ilə bağlı ciddi problem yoxdur. Yaranmış bəzi çatışmazlıqlar isə texniki məsələlərdən qaynaqlanır.
“Artıq oktyabrın əvvəllərindən tədbirlər planı əsasında işlər görülüb. Həmişə olduğu kimi Azərbaycanın dağlıq rayonlarında noyabrın birindən, Bakı şəhərində və digər ərazilərdə isə noyabrın 15-dən istilik sisteminin verilməsi nəzərdə tutulur.
Havaların soyuq keçməsilə əlaqədar qurumumuza daxil olan müraciətlərə əsasən internat məktəbləri, doğum evləri, xəstəxana və bəzi sosial evlərə istiliyin verilməsini vaxtından əvvəl işə salmışdıq. Bu məsələ həmin qurumlarla “Azəristiliktəchizat” ASC arasında bağlanan müqavilələr əsasında tənzimlənir.
Noyabrın 15-dən sonra “Azəristiliktəchizat” ASC-nin işləməsi nəzərdə tutulan 559 qazanana və 90 istilik məntəqəsi vasitəsilə 3800 yaşayış binası, 184 minə yaxın mənzil, o cümlədən layihə üzrə nəzərdə tutulan bütün məktəb, uşaq bağçası, səhiyyə müəssisələrinin istiliklə təmin olunmasına başlanılıb.
İstilik sistemlərin işə salınması ilə bağlı noyabrın 14-dən xüsusi göstəriş verilib”, - deyə qurum rəsmisi bildirib.
Rafiq Əliyev deyir ki, vətəndaşlar istilik verilməsilə bağlı problem yaşadıqda 956 saylı Çağrı mərkəzinə müraciət edə bilər:
“Hazırda 956 saylı Çağrı mərkəzi gücləndirilmiş şəkiildə fəaliyyət göstərir. Kiminsə evində istilik olmadığı, yaxud problem yaşandığı halda bu nömrə vasitəsilə müraciət edə bilərlər. Hər bir müraciətə fərdi yanaşılır və qeyd edilən ünvana mütəxəssis göndərilir.
Məsələ “Azəristiliktəchizat”dən qaynaqlanırsa, problem dərhal həll edilir. Vətəndaşın mənzilində texniki problem varsa, bu zaman təmənnasız texniki dəstək göstərilir.
Əslində binalarda sonuncu mərtəbələrdə yaşayan vətəndaş sistemdə qalan havanı buraxmalıdır ki, su normal dövr etsin. Bəzən həmin mənzildə vətəndaş yaşamır, bu zaman digər mənzillərə istilik normal getmir. Belə müraciətlər daxil olur.
Baxmayaraq ki, mənzildaxili istilik məsələləri “Azəristiliktəchizat”ın vəzifələrinə daxil deyil, amma yenə biz işçilərimizi göndəririk. İşçilər ya sonuncu mərtəbədən, yaxud da zirzəmidən sistemdə qalan havanı çıxarırlar və dönriyəni yaradırlar ki, istilik təmin edilsin.
Bəzən kiməsə isti olur, vətəndaş radiatorun vintelini bağlayır. Bu zaman istilik dövr etmir. Bəzən şikayət edən vətəndaşın öz mənzilindəki sistemdə problem yaranır. Bunlar hamısı texniki məsələlərdir. Yaxşı olar ki, vətəndaşlar payız-qış mövsümü başlamamışdan əvvəl sistemi yoxlasınlar. Əgər ötən mövsümdə radiator tam qızmayıbsa, həmin radiatoru yuyub təmizləmək lazımdır.
Əgər ötən mövsümdə sızma olubsa, bu mövsüm daha çox axıntı olacaq. Bu zaman həmin radiator yenisi ilə əvəzlənməlidir. Vintil, mənzildən dik qalxan dayaqlar yoxlanılmalıdır. Sovet dövründə tikilən mənzillərdə boruların keçiricilik qabiliyyəti aşağı düşüb.
Yaxşı olar ki, həmin borular plastik borularla yenilənməlidir. Bəzi vətəndaşlar təmir apararkən balkon artırmaları ediblər. Qızdırıcı cihazın yerini dəyişdiriblər. Bu zaman boruları əyiblər. Boruların əyilməsi nə qədər çox olursa, daha çox müqavimət yaranır.
Bu da verilən istiliyin keyfiyyətinə birbaşa təsir edir. Bəziləri texnoloji ardıcıllığı düzgün birləşdirmir. Bu zaman radiator tam qızmır. Təmir işləri aparılarkən “Azəristiliktəchizat”a müraciət edin. Heç bir təmənna olmadan sizə köməklik göstəriləcək.
İstilik sistemində gedən-qayıdan borular düzgün birləşdirilməlidir. Borunun diametri düzgün seçilməlidir. Vətəndaş mənzili təmir edir, bu məsələlərə diqqət yetirmir. Sonra da keyfiyyətsiz istilik alır və bizi günahlandırır”.
İstilik haqlarının ödənilməsinə gəlincə, Rafiq Əliyev deyir ki, bu istiqamətdə də ciddi narahatlıq yoxdur:
“İstilik haqlarının ödənilməsilə bağlı ciddi problem yaranmayıb. Tariflərimiz də elədir ki, vətəndaşların maliyyə vəziyyətinə uyğundur. 1 km yaşayış səhəsi üçün 15 qəpik müəyyən edilib.
Bəzi vətəndaşlar məbləği vaxtında ödəyir, bəziləri isə növbəti mövsüm başlayana qədər ödəyirlər. Ödəməyən olduğu halda vətəndaşlarla fərdi danışıqlar aparılır.
Çox təəssüf ki, istilik sisteminin fərdi şəkildə kəsilməsi mümkün olmur. Bir vətəndaşa görə digərinin də hüquqlarını itirmək olmur”.



2128 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___