Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“İmkan verin, koronavirus xəstələrini dərmansız sağaldım” – Azərbaycanlı həkimdən ŞOK AÇIQLAMA
Tarix: 28-10-2021 | Saat: 09:21
Bölmə:Karusel / Səhiyyə / Müsahibə | çapa göndər


Bir müddət əvvəl əlimə “Koronavirus dərmansız da sağalır” adlı kitabça keçmişdi. İnsanların əziyyət çəkdikləri xəstəliyin törətdiyi əngəllər çoxumuzda dözümsüzlük sindromu yaradıb. Psixoloji, sosioloji cəhətdən virusun əsirinə çevrilmişik. Bu barədə az və ya pıçıltı ilə danışan tibb insanları olsa da, açıq söz deməkdən qaçanı çoxdur. Bu səbəbdən, qeyd etdiyim kitabçanın müəllifi, psixoterapevt Paşa Yaqub ilə günün mövzusu ətrafında AYNA üçün söhbət fürsətini əldə etdim.


- Doktor, sizin fikrinizcə, viruslar, həmçinin iki ildir canımızı hər formada alan COVID-19 əslində neqativ enerjidir?

- İllərdir, elmin gizlinləri ilə bağlı saysız araşdırmam olub, onlarla kitab müəllifiyəm. Sadəcə bir məqamı diqqətə çatdırmaq istəyirəm. Araşdırmalar onu göstərir ki, Mendeleyev sağ ikən onun tərtib etdiyi Elementlərin Dövrü Sistemində “Nyutoniy” adlı element olub. Bu element bir çox sağalmaz xəstəliklərin, həmçinin koronavirusun dərmanıdır. 1906-cı ildə nəşr olunann “Kimyanın əsasları” kitabında bu qeyd olunan öz təsdiqini tapır. Mendeleyevin əsl cədvəlində sıfır qrupu vardı və bu qrupda “Nyutoniy” yeganə elementdir. Alimlərin “Dünya efiri” adlandırdığı efir elementi hidrogendən əvvəl yazılıb və bu element əsl enerji daşıyıcısıdır. Başqa sözlə, efir atom, molekulu formalaşdırır, amma kimyəvi reaksiyada iştirak edə bilmir, efir maddənin ruhudur.

Mendeleyev 1907-ci ildə vəfat etdikdən sonra onun dövri cədvəlində element götürüldü, indiki cədvəldə 0 qrupu yoxdur. Dünya düşmənləri bu saxtakarlıqla bir çox elmin qarşısını aldılar. Buna baxmayaraq, böyük alim Nikola Tesla efir elementindən enerji alınmasının mümkünlüyünü sübut etdi, daimi işləyən mühərrik, daha sonra enerjinin naqilsiz paylanmasını kəşf etdi. Efirin yenidən meydana çıxması alimin sui-qəsdə uğramasına səbəb oldu. İndi bir çox insan kimi mən də o elementin sirlərinə yiyələnmişəm və virusla mübarizədə ondan yararlanıram. Virus - əslində insanın bədənində olan neqativ enerjidir. Neqativ enerji insanın həm fiziki, həm mənəvi, həm də psixoloji sonuna səbə ola bilir. Bu enerjinin yox edilməsi, hərtərəfli sağalmadır. Bu mənada virusla mübarizədə çox pasiyentimə yardımım dəyib.

- Artıq dünya alimləri də virusa yoluxanların çoxunun standart dərmanların istifadəsindən sonra öldüyünü deyirlər. “Koronavirusun dərmansız müalicəsi” deyəndə nəyi nəzədə tutursuz?

- Bəli, dərmanların təsirindən xəstələrin ölmə ehtimalları getdikcə çoxalır. Dərmanın istifadəsinin tam əleyhinə deyiləm. Amma əvvəldə qeyd etdiyim kimi neqativ enerjinin xaric olunması xəstənin yüngülləşməsinə səbəb olur ki, bu da praktikamda təsdiqini tapıb. Xəstələrlə uzaqdan, onlayn seans keçirirəm, onlara müsbət dalğalar göndərməklə müalicə edirəm. Xəstələr var ki, bir seansla boğulma halından qurtulur. Dövlət orqanlarına da rəsmi müraciət etmişəm ki, mənə bu xidməti göstərməyə geniş imkan verilsin.

- Sizcə, qlobal dərman mafiyası sizin dediklərinizi qəbul edərmi?

- Elə məsələ də ondadır. Bu gün bəşəriyyəti istismar edən böyük güclərə dərrakəli, ağıllı, inanclı insanlar lazım deyil. Çünki belə insanları idarə etmək çətin olur. Dərmansız xəstəliyə qalib gəlmək təbliğatını edənlər belə qüvvələrin birbaşa düşmənidir. Baxın, pandemiyanın ilk vaxtları vaksinin çətinliyindən danışılsa da, indi 4-cü və 5-ci dozalar, hətta növbəti dozalardan söz açılır. Bunun sonu bilinmir. Belə başa düşmək olur ki, genefondun məhv edilməsi uğrunda gedən işin nəticəsində kim sağ qala, kim ölə - bəlli deyil. Vaksin xəstəliyin qarşısını almaq yox, virusu insana yerləşdirməkdir. Bu da dediyim kimi neqativ enerjisi bol adamlara pis təsir edir, çoxunda ağırlaşma baş verir.

- Həkimlərin vaksinasiyası məcburidir. Siz peyvənd olunmusuz?

- Bəli. Amma dərhal özümü neqativ enerjidən təmizləmişəm, öz üzərimdə seanslar aparmışam.

- Yəqin ki, onlayn seansla virusun müalicəsi çox həmkarınız tərəfindən qəbul olunmur…

- Sözsüz, videobağlantı ilə müalicənin effektinə inanmayanlar var. Xəstələrim sosial şəbəkədə bu haqda yazanda onlara inanmayanlar olur. Başadüşüləndir. Bir məqamı da izah edim. Koronavirusun yayılmasını araşdıran alimlər də artıq təsdiq edirlər ki, 5G internet tezliyi nəticəsində güclü şüalanma olduğundan insanlarda oksigen çatışmazlığı, boğulmalar yaranır. Hətta bu dalğalar havada koronovirusun yayılmasını tezləşdirir. Yüksək tezlikli bu dalğalar insanın birbaşa immun sisteminə təsir edir, insanın qoruyucusu olan mikroorqanizmlərin zəifləməsinə gətirib çıxarır. Demək ki, dalğalarla baş verən yoluxmanın nəticəsini elə dalğalarla da dəf etmək mümükündür. Mən fizika qanunları ilə işləyirəm. Dəyişən cərəyanı sabit cərəyana, neqativ enerjini müsbətə çevirirəm. Yeri gəlmişkən, mənim dayaq nöqtəm olan Mendeleyev cədvəlində 19 saylı element olan “Kalium” və atom kütləsi 19 olan “Flor” da xəstəliklə mübarizədə təsiredici maddələrdir ki, qida və dərmanın tərkibində var. Bu rəqəmlərin COVID-19-la uyğunluğu da əbəs yerə deyil.

- Doktor, qayıdaq insanların neqativ enerjiylə yüklənməsinə. Bu gün adam hər yerdə aqressiv, kobud, əsəbi adamlarla qarşılaşmaqdan tükənir. İnsanların bu hala düşməsində səbəblər çoxdur. Özümüz neqativdən necə qurtula bilərik?

- Neqativ enerji analar vasitəsiylə “yoluxur”. Bu, necə baş verir? Gənc xanımlar hamiləykən neqativ enerji yüklənmiş insanların təsirinə düşür, həmin pis enerji ilə dünyaya övladını gətirir, o enerji uşaqla birgə böyüyür. Bu gün gənc nəsil dediyimiz qrup ötən əsrin 90-cı illərinin uşaqlarıdır, həmin dövrün neqativi ilə yaşayan anaların uşaqlarıdır.

Özümün araşdırmalarında, müraciət edən pasiyentlərlə işin nəticəsində baxıram ki, o çətin illərdən gələn nəsil çox yüklənib. Bu yük hərtərəfli yükdür. Hər bir əşyanın yük götürmə qabiliyyəti var, dözməyəndə sınır, qırılır. Söhbət insandan gedirsə, baxın bu, nə qədər ağırdır. Bir də ötən əsrin 80-ci illərinin ortalarından Azərbaycanda kütləvi vergili, cadu-piti edən insanlar meydana gəldi. Həmin dövrdə qara enerji, tilsimlə işləyən insanlar xüsusi bəddualarla, yollarla neqativ enerjinin yayılmasına nail oldular. Təəssüf ki, bu gün də böyük pullar verib cadugərlərin qapısında növbədə dayanan insanlar var.

Qeyd etdiyim tarixdən bəri, elə bil bizdə “şeytani dövr” başladı. İlk vaxtlar çətinliklər oldu, bundan istifadə edənlər yalana, fırldağa əl atdılar. Bu gün də cəmiyyətdə insanlar elə bil etibarsızlığa, haram pul qazanmağa, kiminsə haqqını yeməyə, bir-birinə pislik etməyə köklənib.

- Sizə müraciət edənlər arasında ən çox nədən şikayətlər olur?

- Dediyim kimi, gənc nəsildə sinir sisitemi bərbad vəziyyətdədir. Dözümüsüzlük hökm sürür. Gənc qızların, oğlanların panik atak problemləri çoxalıb. Bu da ailədən, ətrafdan neqativ yüklənmənin nəticəsidir. Misal üçün, gənc oğlan gəlir ki, mənim qızlara qarşı marağım yoxdur və ya əksinə, qızlar oğlanlara qarşı istəksiz olduğunu deyirlər. Autizm, diqqət pozğunluğu, ətrafdan soyuma kimi ciddi problemlərin artması təəssüf doğurur. Bizim insanlarda özünü təsdiq imkanları çox azdır. Elmi, sənəti, qabiliyyəti olan insanların belə problemi yoxdur. Özünü təsdiqetmə imkanı olmayanlar bahalı telefonu, hansısa formada əldə etdiyi geyimi, maşını ilə gözə girməyə çalışırlar. Borca, kreditə girib özündə psixoloji probemlər yaradırlar. Həqiqi inanclı insanları sayı xeyli azdır.

- Cəmiyyəti dərdlərdən necə xilas edə bilərik?

- İnsanlar etiraz etməyi bacarmalıdırlar. Pisliklərə, zalımlara, haqsızlığa qarşı nə isə etməlidirlər. Bir neçə il əvvəl Allahşükür Paşazadə “vicdan nədir bilmirəm” demişdi. Bəli, o vicdan hissinin bərpası mütləqdir. Sonra hər şey özlüyündə çözüləcək.


Xəbəri paylaş

7288 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___