Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Avropa Oyunları başa çatdıqdan sonra Dağlıq Qarabağda toplar atəşə başlayacaq.
Tarix: 12-06-2015 | Saat: 12:39
Bölmə:M / Karusel / Dünya / M2 | çapa göndər

Avropa Oyunları başa çatdıqdan sonra Dağlıq Qarabağda toplar atəşə başlayacaq.

Xeberaz.az xəbər verir ki ,Bakıda Avropa Oyunları başa çatdıqdan sonra nə olacaq? Dağlıq Qarabağda qoşunların təmas xəttində yenə də toplar atəşə başlayacaq. Bu məsələ erməni ictimaiyyətini çox narahat edir, xüsusilə də anaları, çünki son zamanlarda onlar çox sayda oğulları itiriblər. Buna görə də tez-tez etiraz mitinqlərinə çıxırlar.

ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlikin İrəvana səfərindən danışan "168 jam" qəzeti onun radiostansiyalardan birində çıxışına diqqət yetirib. Uorlik efirdə bildirib ki, əgər Qarabağda genişmiqyaslı müharibə başlayarsa, münaqişəni dinc yolla həll etmək mümkün olmayacaq.

Qəzet bildirir ki, bu, əlbəttə, yenilik deyil. Yenilik odur ki, artıq ATƏT-in Minsk qrupunun həmsədrləri səviyyəsində genişmiqyaslı münaqişə barədə bəyanat verilir. Erməni ictimaiyyətini həm də Rusiya - Azərbaycan münasibətlərinin istiləşməsi, Putinin Bakıya səfəri çox narahat edir.

Ermənistan mətbuatı bir sıra Rusiya ekspertlərinin çıxışlarına da yer verir. Bu ekspertlərin fikrincə, əgər indiki vəziyyətin dinc yolla həlli tapılmayacaqsa, geniş miqyaslı müharibə qaçılmazdır. "168 jam"ın yazdığına görə, görünür, Uorlik İrəvana ona görə gəlib ki, Ermənistan hakimiyyətinə gözlənilən fəlakət barədə xəbərdarlıq etsin. Doğrudan da, qorxu pis şeydir.

Bakı isə hesab edir ki, Qarabağda münaqişənin nizamlanmasının ləngiməsi, gerçəkdən, hərbi əməliyyatların gərginləşməsinə gətirə bilər. Bir çıxış yolu var və bunu Azərbaycan dövlətinin bahçısı İlham Əliyev də səsləndirib. "Çıxın evinizə gedin", - deyə o, Dağlıq Qarabağdakı işğalçı Ermənistan ordusuna üz tutaraq bildirib.

Düzdür, Azərbacyan əsgərlərinin gücünü öz üzərində hiss edən erməni ictimaiyyətində müəyyən barışıq təklifləri eşidilməkdədir. Məsələn, "Aravot" qəzeti Sorbonna universitetinin professoru Armen Mutafyanla müsahibəni dərc edib. O hesab edir ki, Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş rayonları Azərbaycana qaytarmaq lazımdır. Professorun fikrincə, bu, vəziyyətdən ən yaxşı çıxış yoludur.

Amma belə vacib məsələnin yarımçıq həlli olmur. İşğal etdikləri bütün əraziləri azad etməlidirlər. Ən başlıcası isə, erməni siyasətçilər anlamalıdırlar ki, Cənubi Qafqazda ikinci erməni dövlətinin yaradılması kimi sərsəm ideyadan birdəfəlik əl çəkilməlidir. Yəqin ki, bundan sonra toplar uzun müddət susacaqlar.


Xəbəri paylaş

7268 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___