09.02.2013-cü il tarixdə Neftçala rayon sakini Mənəfov Mayis Nazim oğlunun Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən qəbirstanlığın yanındakı kolluq ərazidə çürümüş vəziyyətdə meyitinin aşkar edilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, lakin cinayəti törətmiş şəxsin müəyyən edilməsi mümkün olmayıb.
İstintaqla müəyyən edilib ki, zərərçəkmişin arvadı Dilşad Mənəfova 27 dekabr 2012-ci il tarixdə birgə yaşadıqları evdə olarkən saat 21 radələrində əri Mayis Mənəfov ilə aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı sonuncunu öldürmək qərarına gələrək sərxoş vəziyyətindən istifadə edib mətbəx bıçağı ilə onun kürək nahiyəsinə zərbə vuraraq qəsdən öldürüb, daha sonra törətdiyi cinayəti gizlətmək məqsədilə qardaşlarının köməkliyi ilə 28 dekabr 2012-ci il tarixə keçən gecə qonşuların yatmasından və ətrafda heç kimin olmamasından istifadə edib meyiti avtomobil ilə daşıyaraq qəbirstanlığın yanındakı kolluq əraziyə atıb.
12.07.2021-ci il tarixdə Dilşad Mənəfova Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilıb.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Neftçalada qısqanc qadın ərini öldürüb meyitini...: 9 il sonra üstü açılan cinayətin istintaqı yekunlaşdı
Tarix: 10-09-2021 | Saat: 11:13
Bölmə:Karusel / Hadisə | çapa göndər
Neftçala rayonunda 9 il əvvəl törədilərək bağlı qalmış cinayətin açılması təmin edilib.
Xəbəri paylaş
4318 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 10-09-2021 | Saat: 11:13
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
21-12-2016, 17:32
Trampın siyasəti dolları 15% bahalaşdıracaq
4-11-2021, 08:46
Ayan da evlənmək istəyir: “Namizəd çoxdur, lakin…” - VİDEO - FOTO
9-05-2022, 12:28
“Qadın fəxr etməlidir ki, “xoruz”u başqa damda banlayır”
5-10-2022, 09:56
Bakıda sürücüsü tanınmış həkimi soydu - 11 min manat - FOTO
19-07-2018, 11:05
"Altes Plaza"da yanğın başlayıb
14-08-2020, 17:44
DİN-dən Məhərrəm ayı və Aşura günü ilə bağlı vətəndaşlara MÜRACİƏT
25-12-2021, 12:14
2 saylı Baza Tibb Kollecində BOĞAZA QƏDƏR RÜŞVƏT... - ÖZBAŞINA QALIB...
19-08-2016, 16:46
İstanbulda güclü yanğın başlayıb - VİDEO+FOTOLAR
15-10-2016, 16:01
Saçları ağaranlara TƏBİİ ÜSUL: soğanı iki yerə bölün...
10-06-2020, 19:28
Baş Nazir karantin rejimi ilə bağlı qərarda dəyişiklik etdi