Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Qara maskalı şəxs mənə iynə vurmağa çalışanda qışqırdım, qaçdı” - Ağsuda ANOMAL HADİSƏLƏR
Tarix: 25-08-2021 | Saat: 11:36
Bölmə:Karusel / Hadisə | çapa göndər

Ağsu rayonu, Keçdiməz kənd sakini Kamran Əzimzadə həyətlərindəki ot çardaqlarının üzünü qara maska ilə gizlədən şəxslər tərəfindən yandırıldığını iddia edir.
Bbarədə müraciət edən K. Əzimzadə bildirib ki, həyətyanı sahələr bir müddətdir naməlum şəxslər tərəfindən yandırılır: "Avqustun 16-da əmim oğlunun çardağını yandırdılar. Səhəri gün yaxınlığımızda yerləşən yaşayış olmayan evin həyətyanı sahəsini yandırdılar. Daha sonra  axşam saat doqquza qalmış bizim evin həyətini yandırdılar. Gördük və tez gedib söndürdük. Üstündən on dəqiqə keçəndən sonra çardağın tinindən od vurdular.  Yanğınsöndürən çağırdıq, söndürdülər. Elə həmin gün gecə saat birdə həyətimizin aşağısına da od vurub yandırdılar. 
Ayın 19-da axşam saatlarında çardağımıza baxmağa gedəndə qaraltı gördüm. Çağırdım, səs gəlmədi. Yaxınlaşanda gördüm ki, həmin şəxsin üzündə qara maska və onun üzərində də tül var. Üzünü açmaq istəyəndə məni yerə yıxdı, fiziki təzyiq göstərdi və paltarlarımı cırıq-cırıq etdi. Çantasından çıxarıb mənə iynə vurmağa çalışdı, qışqırdım, qaçdı".
Şikayətçinin sözlərinə görə, əvvəlki və budəfəki yanğınların hər ikisi haqda polisə məlumat veriblər: "Ancaq onlar bu məsələyə laqeyd yanaşıb. Srağagün səhərdən axşam on birə kimi bizi polis şöbəsində dindiriblər. Bildirirlər ki, guya mənim psixoloji problemim var, hadisəni də özüm törədirəm. Məsələni bizim üstümüzə yıxmağa çalışırlar. 
Atam neçə gündür ki, gecələr yatmır, keşik çəkir. Ailəmizə yanan otlara görə çoxlu ziyan dəyib. Nə üçün qəsdən biz özümüzə ziyan vurmalıyıq? Polisə deyəndə ki, bizi qorumalısınız, deyirlər ki, bizim işimiz sizi qorumaq deyil. Elə polis şöbəsindən çıxıb 100 metr aralanan kimi kənddən zəng gəldi ki, ot tayası yandırıldı. Biz də dərhal şöbəyə qayıdıb məlumat verdik ki, baxın, hadisəni törədən biz deyilik. Qorxu içində yaşayırıq. İstəyirik ki, polis həmin adamları tez zamanda tapıb məsuliyyətə cəlb etsin".
"Qafqazinfo" məsələ ilə bağlı DİN Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimovla əlaqə saxlayıb. O təsdiqləyib ki, sözügedən hadisə ilə bağlı vətəndaş iki dəfə 102-yə müraciət edib: "Kamran Əzimovun özünün dediyinə görə, qara maskalı şəxs tərəfindən iynə ilə ona xəsarət yetirilməsi ilə bağlı müraciət daxil olub. Bir də onların tövlələri yandırılıb. Hərəsində də 500 ot bağlaması olub. Hələ ki, məsələ ilə bağlı konkret bir nəticə yoxdur, kənddə polis əməkdaşları tərəfindən araşdırma gedir. Bu məsələ ilə bağlı digər müraciətlər də daxil olub. Hazırda polis şöbəsində araşdırmalar aparılır. Həmin kənddə polis tərəfindən gücləndirilmiş xidmət aparılır". 


Xəbəri paylaş

5178 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___