Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ötən günün FOTOsu: yüzlərlə əfqan...
Tarix: 17-08-2021 | Saat: 10:22
Bölmə:Karusel / Hadisə / Dünya / Foto-fakt | çapa göndər

Ötən gün Əfqanıstanın paytaxtı Kabilin hava limanında lentə alınmış dəhşətli kadrlardan sonra bununla bağlı daha bir acınacaqlı foto yayılıb. 
Sözügedən fotoda ABŞ-ın hərbi təyyarəsinə minib ölkəni tərk edən yüzlərlə dinc əfqan görünür. Məlumata əsasən, ABŞ-ın "Reach 871" hərbi yük təyyarəsi "Taliban" hərəkatının yaraqlılarından qaçan 640 əfqanı Kabildən Qətərə daşıyıb.
Bildirilir ki, hərbi yük təyyarəsi daşımalı olduğu yükdən 5 dəfə daha çox yük daşıyıb. Həmçinin qeyd olunub ki, təyyarənin kapitanı və ekipaj heyəti təyyarəyə axın edən əfqanların sayından heyrətlənsə də son nəticədə onları aparmaq qərarına gəlib. 
Təyyarənin göyərtəsində yerdə əyləşmiş əfqanların fotosu ilk olaraq "Defenseone.com" tərəfindən paylaşılıb və qısa müddət ərzində dünyanın nüfuzlu KİV-lərində yayılıb. 
Qeyd edək ki, "Taliban" radikal hərəkatı Əfqanıstanın bütün ərazisinə vəziyyətə nəzarəti ələ keçirdikdən sonra vətəndaşlar ölkəni tərk etməyə cəhd edirlər. Onlar paytaxt Kabilin yeganə hava limanından havaya qalxan təyyarəyə minməyə cəhd edir, hətta təyyarələrin kənarlarından tutaraq ölkəni tərk etmək istəyirlər.


Xəbəri paylaş

4158 dəfə oxunub.

Digər xəbərlər
23-11-2020, 09:45 Neft yenidən bahalaşdı

bütün xəbərlər
____ Instagram ___