Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kişidə hamiləlik testi müsbət çıxa bilər?
Tarix: 15-08-2021 | Saat: 10:35
Bölmə:Karusel / Səhiyyə | çapa göndər


Bəli, bu mümkündür. Lakin bu təbii ki, o demək deyil ki, bu kişi “hamilədir”. Bu çox  təhlükəli xəstəliyin simptomudur.
Məsələ burasındadır ki, ev şəraitində istifadə olunan hamiləlik testləri sidikdə “xorionik honadotropin” adlı hormonu təyin edir. Bu hormon qadın orqanizmində embrion uşaqlıq divarına implantasiya etdikdən sonra ifraz olunmağa başlayır.
Sağlam kişinin orqanizmində bu hormon təbii ki, yoxdur və ola da bilməz. Lakin xaya xərçəngi zamanı zədələnmiş xaya bu hormonu ifraz etməyə başlayır və nəticədə hamiləlik testi “müsbət” nəticə verir. Uroloq-onkoloqlar xaya xərçənginə ilkin diaqnoz qoyanda bu testdən də istifadə edirlər.
Xoşbəxtlikdən, vaxtında aşkar olunduqda xaya xərçəngi çox uğurla müalicə olunur. Müalicədən sonra kişi adi həyata qayıdır və onun cinsi funksiyaları saxlanılır.
Sizi xaya xərçənginin simptomları ilə tanış edirik:
- xayanın ölçüsünün artması, ödem
- xayada bərkimiş sahələr, düyünlər
- xayalıqda ağırlıq hissi, ağrı və diskomfort
- qarının aşağı hissəsində ağrılar
- sidik ifrazı zamanı problemlər.



Xəbəri paylaş

2928 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___