Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Tədbir görməsək, sentyabrda..." - Hande Harmancı
Tarix: 10-08-2021 | Saat: 21:00
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

"Son bir aydır yoluxma diaqnozu qoyulanların sayı 10 dəfə artıb. Yoluxma sayı 2 faizdən 13 faizədək yüksəlib".
Bunu REAL-a müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
O qeyd edib ki, bu, əhali arasında xəstələrin sayının artdığını göstərir:
"Bilirik ki, Azərbaycanda "Delta" ştammı var. Yoluxma sayı da artır. Tədbir görməsək, sentyabrda rəqəmlər çox yüksək ola bilər".
"Pandemiya şəraitində 1,5 il keçirdik. İnsanlar yoruldu. Maska taxmaq asan şey deyil. Bunun fərqindəyik".
O bildirib ki, açıq məkanlarda maskasız gəzməyə icazə veriləndə insanlar düşünmüş ola bilərlər ki, artıq ümumiyyətlə, maskaya ehtiyac yoxdur:
"Elə deyil. Azərbaycanda peyvənd olunanların sayı çox artdı. Əhalinin təxminən 25 faizi iki doz vaksinasiyadan keçib. Beş milyondan çox insan isə ən az bir doza peyvənd qəbul edib.
Peyvəndlər bizi ağır xəstəlikdən, xəstəxanalıq olmaqdan və ölümdən qoruyur. Əgər virus bizim orqanizmimizə daxil olubsa, bunu başqalarına ötürməyimizin qarşısını almır. Yəni mən xəstələnmədən peyvənd olunmuş ola bilərəm. Bilirsiniz ki, peyvəndlər 100 faiz qorumur.
Virus mənə keçibsə, onu özüm xəstələnmədən başqalarına ötürə bilərəm. bu, o deməkdir ki, peyvənd olunsam da, maska taxmağa məcburam".
Hande Harmancı yüksək yoluxma göstəriciləri fonunda qapanmaların mümkünlüyündən də danışıb.
"Əgər çox sayda insan yoluxarsa, çox sayda insanın xəstəxanaya yerləşdirilməsi zərurəti yaranarsa və xəstəxanalar dolarsa, hökumətlərin başqa çarəsi olmayacaq.
"Bu, təkcə Azərbaycan yox, dünyada belədir. O sürəti azaltmağa məcburuq. Bunun da çarəsi mümkün qədər insanların bir araya gəlməsini mümkün qədər azaltmaqdır. Biz ÜST olaraq bunların hamısının edilməsinin tərəfdarıyıq. Yəni məsafə, əl gigiyenası, respirator gigiyena və peyvənd zəruridir".


Xəbəri paylaş

2998 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___