Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
MTRŞ-dən İTV-nin yeni baş direktoru ilə bağlı açıqlama - TV-nin yaydığı xəbər təkzib olundu
Tarix: 14-05-2018 | Saat: 14:32
Bölmə:Karusel / Gündəm | çapa göndər



Milli Televiziya və Radio Şurası İTV-nin baş direktoru vəzifəsinə seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədi ilə müsabiqə elan edib.

Müsabiqədə iştiraka dair tələblər aşağıdakılardır:

- Namizəd Azərbaycan Respublikasının vətəndaşı olmalı;

- Namizəd ali təhsilli olmalıdır.

Əvvəllər ağır və ya xüsusi ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, habelə məhkumluğu ödənil­məmiş, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq olunmuş şəxslər müsabiqədə iştirak edə bilməzlər.

Nnamizədlər aşağıdakı sənədləri 15 may 2018-ci il tarixdən 30 may 2018-ci il tarixədək Milli Televiziya və Radio Şurasına təqdim etməlidirlər:

1.Ərizə

2.Şəxsiyyət vəsiqəsinin surəti

3.Əmək kitabçasının surəti

4.Tərcümeyi-hal

5.Kadrların şəxsi uçot vərəqi

6.Ali təhsil haqqında dövlət sənədi

***

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov APA-ya açıqlamasında bildirib ki, Balakişi Qasımov İTV-nin baş direktoru seçilməyib, o, bu vəzifəni müvəqqəti icra edir. 

Qeyd edək ki, B. Qasımov vergilər naziri Mikayıl Cabbarovun xalası oğludur.
 
Onu da bildirək ki, ötən həftə Cəmil Quliyevin İTV-nin baş direktoru vəzifəsində səlahiyyətlərinə xitam verilib.

İctimai Televiziya və Radio Yayımları şirkətinin Yayım Şurasının yaydığı məlumatda Balakişi Qasımovun İTV-nin yeni baş direktoru seçildiyi bildirilib.




Xəbəri paylaş

7108 dəfə oxunub.

Digər xəbərlər
29-03-2015, 00:29 Baku Olympic Stadium video

bütün xəbərlər
____ Instagram ___