Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yaxın 5 ildə şəkər xəstəsi olacağınızı göstərən - ƏLAMƏTLƏR
Tarix: 01-08-2021 | Saat: 10:57
Bölmə:Karusel / Səhiyyə | çapa göndər


Hazırda II tip diabet xəstəliyi dünyada sürətlə yayılan xəstəlikdir. Xəstələr əvvəllər yaxşı olduqlarını, şəkərin qəfil onları yaxaladığını deyir.
Halbuki bir çox xəstəliklər kimi diabet də "gəlirəm" əlamətləri verir.
Ən azı 5-7 il öncədən bəzi əlamətlərlə diabetə doğru gedəcəyinizi xəbər verir.
1.Sidiyə tez -tez getməyə başlamısız.
Fərqi yoxdur, gecə, gündüz, hiss edirsiz ki, tualetdə gününüz çox keçir? Qanda artıq qlükoza sidiklə ixras olur. Eləcə də bədən çox maye itirir.
2. Aclıq hissi artıb, iştah yüksəlib
Bunda pis nə var ki, düşünürsüz. Lakin normadan artıq aclıq, yeyib doymamaq şəkərli diabetin elə birinci xəbərçisidir.
3.Tez yorulma, tənbəllik
Diabet xəstələri 3 il öncədən hədsiz yorğunluq, enerjisizlikdən şikayətləndiklərini xatırlayır. Heç bir iş görmədən, elə evin içindəcə yorğun-arğın gəzmək o deməkdir ki, orqanlar və hüceyrələr lazımi qədər enerji almır.
4.Görməniz zəifləyir
Bunun üçün göz həkiminə gedirsiz, o sizdə görmədə zəiflik, yaxından uzaqdan görmə, astiqmatizm tapır, amma heç kim demir ki, qanda insulin dirənçini yoxladın. Çünki artan şəkər göz damarlarını zədələyir. Vaxtında xəstəlik aşkar olunmadıqda və müalicə edilmədikdə, gözlər çox zəifləyir
5.Piqment ləkələri
Boyun, boğaz, qolaltı, qasıqda qəhvəyi ləkələrin əmələ gəlməsi də II tip diabetə bir işarə ola bilər.
6.Tez-tez göbələk infeksiyalarına yoluxmaq
Dəridə, dırnaqlarda, ağız içində, qadınlarda vaginal göbələk infeksiyalarının artması, gec sağalması, qaşınma artıq diabetə doğru yol aldığınızı göstərir
Əgər sizdə bu əlamətlər varsa, nəsildə diabet xəstələri olubsa, yaşınız 45-i keçibsə, çəkiniz çoxdursa, endokrinoloq müayinəsinə gedərək preddiabet və diabet üçün lazımi analizləri verin.


Xəbəri paylaş

3408 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___