Şəkidə 16 yaşlı qız ərə verilib. Toy videoları yayılandan sonra polis əməkdaşları araşdırmaya başlayıb və fakt təsdiqini tapıb. "XəzərXəbər" hadisənin baş verdiyi kənddə olub.
Xeberaz.az Xəzər TV-yə istinadən xəbər verir ki, bəy gəlinin əlindən tutub. Ətrafdakılar isə musiqi ilə onları yola salırlar. Kənardan hər şey normal görünür. Ancaq ərə verilən qızın cəmi 16 yaşı var.
Sosial şəbəkələrdə yayılan bu video Şəkinin Kiçik Dəhnə kəndində çəkilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, yayılan görüntülər əsasında Şəhər Rayon Polis Şöbəsində dərhal araşdırmalara başlanıb. Araşdırma zamanı 2005-ci il təvəllüdlü qızın 1991-ci il təvəllüdlü oğlanla evləndirilməsi faktı öz təsdiqini tapıb.
Yeniyetmənin valideynləri polisə dəvət olunub və onların izahatları alınıb. Hazırda Şəki Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də məsələni nəzarətə götürüb.
Azərbaycanda 16 yaşlı qızın ərə verilməsinin TƏFƏRRÜATI: Ata və anası... - VİDEO
Tarix: 14-07-2021 | Saat: 11:25
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər
Xəbəri paylaş
3438 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 14-07-2021 | Saat: 11:25
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
19-07-2016, 00:14
Xain çevriliş cəhdinin qarşısının alınmasında fəal olan Türkiyə mediasının yanındayıq
28-11-2018, 15:35
Azərbaycanda kişidən dəhşətli hərəkət: məktəbdən çıxan keçmiş arvadına 8 bıçaq zərbəsi vurdu
21-10-2016, 13:50
Suraxanı Su-kanal idarəsi əhaliyə yüksək səviyyədə xidmət edir.
3-10-2017, 18:48
"Azəristiliktəchizat": "Ardıcıl 3 gün havanın temperaturu +8 dərəcədən aşağı düşərsə..."
5-04-2016, 12:08
Ermənilər Xankəndi bölgəsindən köçür
2-02-2016, 12:02
Bakıda kütləvi dava: Polislər yaralandı
26-04-2016, 15:24
Sahibkarlar alıcıları da, vergini də aldadır
20-09-2016, 15:44
Göyçayda toyda 22 nəfər zəhərləndi
18-01-2016, 23:45
Bakıda qardaş qardaşı bıçaqla ürəyindən vurdu