Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dənizi kimlər və necə hasarlayır? – “Görünür, qanun yalnız kasıblar üçündür...”
Tarix: 17-06-2021 | Saat: 12:57
Bölmə:Karusel / Gündəm / M2 / Araşdırma | çapa göndər


Çimərlik mövsümünün açılması ilə bir sıra problemlər yenidən ortaya çıxıb. Belə ki, Abşeron çimərliklərinin əksəriyyəti artıq hasarlanmağa başlanılıb.

Sosial şəbəkələrdə yazılanlara görə, Bilgəh qəsəbəsində "Daçnikov” çimərliyinə gedən giriş yol dəmir arakəsmə ilə bağlanıb, bu da haqlı olaraq vətəndaşların narazılığına səbəb olub.

Bununla bağlı Milli Məclisin deputatı Razi Nurullayev açıqlamasında deyib ki, Azərbaycanda dəniz sahillərinə qanunlar tətbiq edilmir və oralar sanki başqa bir ölkənin ərazisidir:

"Bunun da səbəbi qanunlarımızın icra edilməməsi, özbaşınalıq və bu sahədə hər kəsin vəzifəsindən sui-istifadə etməsidir. Yaxud, hansısa sahibkarın başqa bir məmura nəyinsə müqabilində bütün bu qanunsuzluqlara göz yummasını təmin etməsidir. Açığı, başa düşə bilmirəm ki, nəyə görə Allahın bizə bəxş etdiyi dəniz insanların üzünə qapanmalıdır?

Vaxtilə dəniz sahilindən 130 metr kənarda heç bir biznes obyekti tikilə bilməzdi, kiminsə müdaxiləsi yolverilməz idi. Bu, ictimai istifadə üçün nəzərdə tutulan sahələr hesab edilirdi. Sonradan vəzifəli şəxslər, pullu insanlar qeyri-qanuni yollarla özlərinə dəniz sahillərində kafe, restoran, villalar tikməyə başladılar. Yəni, dənizə qarşı təcavüzü reallaşdırdılar və buna da göz yumuldu. Ondan sonra həmin qanunu dəyişib məsafəni 30 metr etdilər. Görünür, onlar qanunları özlərinə uyğun şəkildə təmin etməyi bacarırlar. Sanki bu ölkə ancaq bir qrup insan üçündür”.

Müsahibimiz qeyd edib ki, qanun qarşısında hər kəs cavabdehlik daşımalıdır: "Belə çıxır ki, qanun ancaq kasıblar, imtiyazı olmayanlar üçündür. Bütün bunlar vətəndaşlarımızı narahat edir və məsələlərin bu şəkildə inkişafı Azərbaycan üçün heç də yaxşı vəd edə bilməz. Sosial narazılıq günü gündən artır. Məhz narazılığı aradan qaldırmaq üçün ötən il Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda ictimai çəmərliklərin yaradılması işlərinə başlanıldı. Amma belə olmalı deyil. Nəyə görə, kimlərsə dəniz sahilini qanunsuz mənimsəməlidir? Bu suallara lazımi orqanlar cavab verməlidir. Kimin məsuliyyəti, vəzifədirsə və bunun qarşısını almırsa, qoy o da bacarıqsızlığından danışsın, nə üçün etmədiyini desin.

Məsələ kifayət qədər ictimailəşdirilib, vətəndaşlar bu sahədə aktivdir. Qanunlar da sərtdir. İndi nə edək? Qanunu dəyişdirib "kim çimərlikləri hasarlarsa, onu güllələyəcəyik?” deyək? Onda da heç nə dəyişməyəcək. Bu baxımdan zənnimcə, burada nə qanunların sərtləşməsindən, nə də məsələnin daha çox ictimailəşməsindən söhbət gedir. Problem elə qanunsuzluqlara göz yumulması, buna şərait yaradılmasıdır”.



2678 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___