Bakı şəhərində dayanma və durmanın qadağan olunduğu ərazilərdə quraşdırılan kameraların fəaliyyəti qanunsuzdur.
Bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib.
Ekspertin sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 124.5 və 124.6-cı maddəsi müəyyən edir ki, sürücü dayanma və durma qaydasını pozarsa, məsuliyyətli şəxs yaxınlaşıb həmin nəqliyyat vasitəsinin ''bort-kompüter'' vasitəsilə bir neçə şəklini çəkib onun barəsində qərar qəbul etməlidir. Daha sonra isə həmin qərarı çap edib protokolu avtomobilin qabaq alın şüşəsinə qoymalıdır.
Bu qaydalardan bir çox sürücü xəbərsiz olduğundan onlar kamera ilə tərtib edilən cəriməni vaxtında ödəyirlər. Ödəməyənlər isə bir neçə ay qaldıqdan sonra həmin cəriməni dəfələrlə artıq, yəni dəbbə pulu ilə ödəyirlər.
Ərşad Hüseynov bildirib ki, mövcud problemi aradan qaldırmaq üçün İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə dəyişiklik olunmalıdır.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev ''Xəzər Xəbər''ə bildirib ki, həmin kameralar qayda pozan sürücüləri avtomatik rejimdə çəkmir. Yəni kameraları Agentliyin əməkdaşları birbaşa idarə edirlər. Onlar kamera arxasında müşahidə aparır, pozuntuları aşkar edir, foto və video materiallar əsasında şəxs barəsində inzibati tənbeh vermə qərarı çıxarırlar ki, bu da elektron protokol demək deyil.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Kameralarla sürücüləri cərimələmək qanunsuzdur - Ekspert - VİDEO
Tarix: 11-06-2021 | Saat: 11:25
Bölmə:Karusel / İqtisadiyyat / M2 / Xəbəraz TV | çapa göndər
Xəbəri paylaş
5078 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 11-06-2021 | Saat: 11:25
Bölmə:Karusel / İqtisadiyyat / M2 / Xəbəraz TV | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
15-01-2017, 11:59
Azərbaycanlı model "dünya ulduzları" ilə- fotolar
11-01-2020, 09:06
İran Ukraynaya məxsus təyyarəni təsadüfən vurduğunu etiraf etdi
31-12-2015, 16:00
Şaxta babanın qətli – Qan Turalının hekayəsi
31-01-2016, 11:17
Azərbaycanda bəzi siqaretlərin qiyməti ucuzlaşdı (FOTO)
10-02-2017, 23:05
Ən faydalı içkilərin SİYAHISI - Mütəxəssislər tövsiyə edir
25-03-2023, 11:28
Oruc tutarkən baş ağrılarından necə xilas olmalı?
13-05-2019, 12:21
Bu abituriyentlərin imtahan nəticələri LƏĞV EDİLƏCƏK - DİM-dən AÇIQLAMA
16-04-2015, 15:12
Arrvadın öldürüb piləkənin altında gizlətmişdi