Bakı şəhər Xətai rayonu ərazisində ötən ilin 13 sentyabr tarixində Orxan Yusiflinin başına daşla vurulub öldürülməsi hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində 1990-cı il təvəllüdlü Kamran Ələsgərov barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış iş üzrə keçirilən prosesin yekununda təqsirləndirilən şəxs 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə prosesində məlum olub ki, Kamran Ələsgərov hadisənin baş verdiyi Xətai rayonu İlham Məmmədov küçəsi 26 ünvanındakı binada yaşayıb. O, gecə saatlarında Orxanın bir qrup şəxslə binanın həyətində yüksək səslə danışdığını görərək həmin şəxslərə irad bildirib. Orxan ona tutulan iradı qəbul etməyərək Kamrana yumruqla vurub. Bundan sonra yerdən iri daş parçası götürən Kamran yenidən yaxınlaşaraq Orxanın başına bir dəfə zərbə endirib. O, daha sonra qan içində qalan gəncə kömək etmək məqsədilə ətrafdakı şəxslərin köməkliyi ilə öz evinə aparıb. Burada Orxanın telefonundan onun atasına zəng edən Kamran onu evinə çağırıb. Daha sonra O.rxan Yusifli 3 saylı şəhər xəstəxanasına aparılıb. Lakin baş beyni ciddi şəkildə zədələndiyindən onun həyatını xilas etmək mümkün olmayıb.
Bakıda məhəllədə səs salan şəxsin başına daşla vurub öldürdülər
Tarix: 16-05-2021 | Saat: 13:41
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
4618 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 16-05-2021 | Saat: 13:41
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
22-04-2015, 15:14
Fahişəliklə məşğul olan qadınlardan YENİ XƏBƏR
29-11-2020, 20:45
Ermənistan prezidenti də Paşinyanı istefaya çağırdı
26-01-2016, 13:19
Gənc oğlanın boynu sındı – VİDEO
18-07-2020, 22:10
Güllə yarası alan erməni əsgər öldü
28-06-2017, 18:06
Azərbaycandan xaricə turlar bahalaşdı
11-07-2019, 12:27
Yeniyetmələr əlil qıza təcavüz etdi - VİDEO
30-01-2017, 19:49
Prezidentin 5 min dollarlıq libas geyinən qızına: "Atanız ölkəni dağıdır, siz isə..."
1-07-2017, 13:34
Üzərliyin sinir sistemi üçün BİLMƏDİYİNİZ FAYDALARI
4-06-2016, 12:30
Naxçıvanda xeyli silah-sursat tapıldı