Bakıda orta məktəbdə qalmaqallı hadisə baş verib. İşə düzəlmək üçün pul verdiyini iddia edən qadın məktəbə gələrək, direktorla mübahisə etməyə başlayıb.
Hadisə Mehdiabad qəsəbəsindəki 5 nömrəli tam orta məktəbdə baş verib.
Direktor Samirə Əkbərovaya işə düzəlmək üçün pul verdiyini iddia edən qadın məktəbə gəlib, onunla mübahisə etməyə başlayıb. Mübahisə direktorun otağında baş verib.
Direktordan pulunu tələb edən qadın məktəbdə səs-küy salıb. Yayılan görüntülərdən də aydın olur ki, direktor həmin qadını sakitləşdirməyə çalışır. Digər müəllimələr də məsələyə müdaxilə etmək istəyir. Amma qadın onlara etiraz edərək israrla direktordan pulunu tələb edir.
Məsələ ilə bağlı açıqlama verən direktor Samirə Əkbərova isə iddia edib ki, qadın ona pul verdiyi üçün narazılıq etməyib.
Direktorun sözlərinə görə həmin xanım 3 ildir məktəbdə texniki işçi kimi çalışır.
Samirə Əkbərovanın sözlərinə görə narazı xanımın bu cür səs-küy salmasına, etiraz etməsinə səbəb lotereya növbəsi imiş:
"Müəllimlər öz aralarında lotereya oynayıblar. Kimsə-kiminsə növbəsinə keçdiyi üçün narazılıq olub. O da məktəb direktoru olduğuma görə mənim üstünə gəlib. Mənim orada heç səsim də çıxmır. Sadəcə xanımı sakitləşdirməyə çalışıram". (musavat.com)
Məktəb direktorunun otağında QALMAQALLI GÖRÜNTÜ - VİDEO
Tarix: 07-05-2021 | Saat: 16:07
Bölmə:Karusel / Hadisə / Araşdırma | çapa göndər
Xəbəri paylaş
3428 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 07-05-2021 | Saat: 16:07
Bölmə:Karusel / Hadisə / Araşdırma | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
1-12-2022, 11:37
Goranboyda əməliyyat: külli miqdarda narkotik, qumbara... - FOTO
15-02-2016, 16:54
SOCAR müsabiqə elan etdi
4-02-2016, 12:19
Dollar sürətlə ucuzlaşır
8-07-2021, 14:24
“Zirvə”də 300 nəfərlə toy keçirənlər cərimələndi
18-09-2017, 12:12
Əhalinin hansı kommunal quruma daha çox borcu var? - “Daha heç kimə güzəşt etməyəcəyik!”
27-09-2016, 02:49
Aparıcı Nərgiz: “Aparıcısansa, sən buna məcbursan” – FOTO
16-02-2023, 14:56
Bəy və gəlin toy gecəsi zəlzələdə həlak oldu
21-06-2015, 00:52
Youtube-dan Məhəmməd peyğəmbərə (s.a.s) hörmətsizlik
1-07-2015, 00:22
Moskvalı qızı Metroda Sekse görə 25 min ... (FOTO)
7-12-2018, 17:47
“Arsenal” futbolçularının şok görüntüləri – Video