Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əhalinin hansı kommunal quruma daha çox borcu var? - “Daha heç kimə güzəşt etməyəcəyik!”
Tarix: 18-09-2017 | Saat: 12:12
Bölmə:Karusel / Gündəm | çapa göndər


2016-cı ilin dekabrında təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.
Elektrik enerjisinin pərakəndə satış tarifi əhali üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.
Buna qədər isə 2016-cı il mayın 16-dan“Azərsu” ASC-nin müraciəti əsasında 1 kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik (əvvəl - 30 qəpik/kubmetr), digər inzibati ərazi vahidləri üzrə 30 qəpik, qeyri-əhali üzrə əvvəlki səviyyədə - 1 manat/kubmetr, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) 8 manat/kubmetr müəyyən edilib. Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali üçün 15 qəpik/kubmetr (bundan əvvəl 6 qəpik/kubmetr), qeyri-əhali üzrə 1 manat səviyyəsində təsdiq olunub.
Maraqlıdır, kommunal xidmət haqları bahalaşdıqdan sonra əhalinin ödəmə qabiliyyəti hansı səviyyədədir?
Suala cavab tapmaq üçün ayrı-ayrı dövlət qurumları ilə əlaqə saxlamışıq.
 
“Azərsu”“Jurnalistlər binasının sakinlərinə təşəkkür edirik”
 
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, Bakı, Abşeron və Sumqayıtda  920 min abonentin (əhali) 380 min civarında borcu var:
“Bu da təxminən ümumi abonent sayının 40 faizini təşkil edir. Bunlar içərisində 1 manat, 100 manat, 300 manatdan çox borcu olanlar da var”.
A.Cəbrayıllı deyib ki, son vaxtlar heç bir abonentə güzəşt edilmir:
“Bildiriş verilir, ödəniş olmadıqda dərhal su kəsilir. Çünki “Azərsu” Açıq Səhmdar Cəmiyyəti işığa görə borcunu ödəməlidir, əməkdaşlarının əmək haqqını, dövlət büdcəsinə vergilərini, Dövlət Sosial Müdafiə Fonduna ayırmaları ödəməlidir, təsərrüfat xərclərini bağlamalıdır. Sizin vasitənizlə bir daha abonentlərimizə müraciət edirik”.
Qurum rəsmisinin sözlərinə görə, borcu yüksək olan abonentlər onu hissə-hissə ödəyə bilərlər:
“Xüsusi olaraq jurnalistlərin binasında yaşayan abonentlərimizə təşəkkür edirik. Çünki istifadə etdikləri suyun pulunu vaxtlı-vaxtında ödəyirlər”.
 
“Satılan qazın qarşılığında 100 faiz vəsait toplanıb”
 
“Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev Modern.az-a deyib ki, 2017-ci ilin 8 ayı ərzində qurumun abonentlərinin sayı 2 milyon 62 min 11nəfərə çatıb:
“2017-ci ilin yanvar-avqust ayları ərzində əhali sektoru üzrə 57 376 yeni abonent qeydiyyata alınıb ki, bunun da 27 637 nəfəri Bakı, Abşeron və Sumqayıt, 29 739-u isə regionlar üzrədir”.
Qurum rəsmisi abonentlərin ödəmə qabiliyyətinin yüksək olduğunu vurğulayıb:
“2017-ci ilin yanvar-avqust ayları ərzində əhali sektoru üzrə 1 748 235 999 kubmetr həcmində təbii qaz satılıb, qarşılığında 100 faiz vəsait toplanıb”.
 
“İşığa olan ödənişlər 90 faizdir”

 
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev  abonentlərin ödənişinin yüksək olduğunu qeyd edib:
“Ödənişlər 90 faizdən yüksəkdir. Son vaxtlar ödənişlər vaxtlı-vaxtında edilir. “Azərışıq” olaraq hər bir abonentimizə təşəkkür edirik”.
(modern.az)


Xəbəri paylaş

7488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___