Mərkəzi Bankdan kreditlərlə bağlı qadağa - Faizlərə hədd qoyuldu
Tarix: 28-07-2015 | Saat: 14:55
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Azərbaycan Mərkəzi Bankı (AMB) kreditlər üzrə faiz dərəcələrinin yuxarı həddini tətbiq edib.
ATV.az xəbər verir ki, bu barədə Trend-ə bank bazarındakı mənbə məlumat verib.
Mənbədən verilən məlumatda bildirilir ki, bu qərar ötən həftə qəbul edilib, yalnız istehlak və mikrokreditlərə tətbiq edilir.
AMB banklara istehlak kreditləri üzrə illik faiz dərəcələrinin 29, mikrokreditlər üzrə illik faiz dərəcələrinin 25 faizdən yuxarı olmamasını tövsiyə edib.
Tələb icra olunmadığı halda inzibati tədbirlər nəzərdə tutulmur. Buna baxmayaraq, ölkənin bütün bankları kreditlər üzrə faiz dərəcələrini AMB-nin təklif etdiyi səviyyəyə uyğunlaşdırmağa çalışır.
Hələ iyunun 29-da AMB istehlak kreditlərinin xidməti üzrə komissiya xərclərinin 1 faizədək azalması ilə bağlı təlimat verəndə bəzi banklar gəlirlərin azalmasını kompensasiya etmək üçün kreditlər üzrə faiz dərəcələrini artırmışdı. Ancaq belə bölgü AMB-ni qane etmədi. Çünki yekun məqsəd kreditlər üzrə faiz dərəcələrinin aşağı salınmasıdır.
Bununla əlaqədar olaraq AMB bank rəhbərləri ilə daha bir görüş keçirməli oldu. Məhz bu görüşdə kreditlər üzrə faiz dərəcələrinin yuxarı həddinə məhdudiyyətlər qoyuldu.
Xəbəri paylaş
8138 dəfə oxunub.
Digər xəbərlər

28-07-2015, 11:26
Canlı yayımda qarət YouTube-da hit oldu – VİDEO
6-07-2016, 22:16
İŞİD 12 yaşlı qızı 12 min 500 dollara satışa çıxarıb
12-10-2017, 10:33
İpoteka ilə bağlı yeni qaydalar təsdiqləndi
5-10-2015, 01:11
“Səudiyyə rəhbərliyindən qisas alacağıq”
26-04-2016, 12:40
Torpağımızın daha bir hissəsini azad etmək imkanı yarandı
14-02-2016, 14:55
NATO Egey dənizində hərbi gücünü artırır
21-08-2017, 11:58
Doğuşdan sonra ginekoloqlar bu orqanı nə edir? - GİZLİ SAXLANILAN BİZNES
13-12-2015, 23:31
“Bakı- Sumqayıt yolunda ağır qəza - Fotolar
19-06-2016, 11:07
Səfirliyimizin avtomobili qəzaya düşdü
7-05-2019, 17:14
Azərbaycanda daha bir anti-sanitar toyuq sexi aşkarlandı