“Topaz” lisenziyası ala bilməyən əlillər dava saldı
Tarix: 12-07-2019 | Saat: 12:11
Bölmə:Karusel / İqtisadiyyat / Hadisə / M2 | çapa göndər
“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin “Topaz” əmtəə nişanı adı altında fəaliyyət göstərmiş mərc oyunları məntəqəsinə lisenziya verilməsi tələbi ilə bağlı “Caspian Tech” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında yaranan mübahisə Bakı şəhər BPİ İstintaq və Təhqiqat İdarəsində araşdırılır.
Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, “Caspian Tech” QSC rəhbərliyi adından daxil olmuş müraciətdə Yusifov Elşən və qeyrilərinin cəmiyyətin “Topaz” əmtəə nişanı adı altında qanunsuz mərc oyunlarının təşkil edildiyi bildirilib.
Aparılan araşdırmalar zamanı müəyyən olunub ki, 30 oktyabr 2018-ci il tarixdə Xətai rayonu, K.Mehmandarov küçəsində və 25 may 2019-cu il tarixdə Nizami rayonu Q.Qarayev və R.Rüstəmov küçələrinin kəsişməsində yerləşən “Topaz” məntəqələrində Sevil Ələkbərova və Elşən Yusibov mərc oyunlarının təşkili qaydalarını pozduqlarına görə, onların lisenziyaları ləğv edilib.
“Caspian Tech” QSC-nin ləğvetmə qərarına etiraz olaraq, 2018-ci ilin noyabr ayının 1-2 tarixlərində və 2019-cu ilin may ayının 30-da özünü “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin sədr müavini kimi təqdim edən Məcid Məmmədov təxminən 18 nəfər əlil şəxslə birlikdə “Caspian Tech”QSC-nin yerləşdiyi inzibati binaya gəlib burada səs-küy salaraq, cəmiyyətin iş rejimini pozub, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə etməklə işçiləri nalayiq ifadələrlə təhqir ediblər. Onlar E.Yusifov və S.Ələkbərovanın lisenziyalarının bərpa olunmasını və ya əlillər cəmiyyətinin adına lisenziya verilməsini tələb ediblər, əks təqdirdə özlərinə xəsarət yetirəcəklərini bildiriblər.
Baş İdarədə material üzrə müraciətin bütün hallarının obyektiv və hərtərəfli aparılması üçün tərəflər arasında yaranan mübahisənin xüsusatlarının öyrənilməsi üçün müvafiq sorğular verilib, araşdırmalar davam etdirilir.
Xəbəri paylaş
4638 dəfə oxunub.
Digər xəbərlər

9-09-2020, 18:35
Restoran sahiblərinə - Xəbərdarlıq
22-05-2015, 22:48
Əli Həsənov: Vətəndaş cəmiyyəti hakimiyyətin tərəfdaşıdır
9-04-2017, 12:43
"Əli Kərimli ən eybəcər korrupsiya ilə məşğuldur" - Siyavuş Novruzov
3-07-2015, 16:26
BU BİR ELANDIR
18-04-2021, 05:11
Gözlənilməz işgüzar təkliflər ala bilərsiniz - BÜRCLƏR
31-07-2016, 11:39
Qadın məhkumların acınacaqlı həbs həyatı - FOTOLAR
30-09-2020, 17:40
Bizim bir şərtimiz var, dərhal çıxıb rədd olmalıdırlar - Əliyev
3-09-2017, 10:49
62 yaşında ana olmağa hazırlaşan qadın - FOTO
16-08-2022, 13:12
Cəlilabadın baş həkimi ilə başçı müavinin aptek biznesi - Vay XƏSTƏLƏRİN HALINA...
18-09-2021, 11:57
“BİZİM UŞAQLARIMIZI MƏHV EDİRLƏR…” – “Niyə dövlət rusdilli məktəbləri maliyyələşdirməlidir?”