Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sürücünün məktəbliləri vurduğu video ilə bağlı - Rəsmi açıqlama
Tarix: 04-06-2019 | Saat: 19:15
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BPİ DYPİ) xəbər saytlarında və sosial şəbəkələrdə taksi sürücüsünün məktəbliləri vurması ilə bağlı yayılan videogörüntüləri araşdırıb.
 
İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, görüntüdə əks olunan hadisə ötən ilin sentyabrın 19-da günorta saatlarında Nəsimi rayonu H.B.Əliyev küçəsində qeydə alınıb:
 
"1935-ci il təvəllüdlü Binəqədi rayon sakini Qurban Əhmədov idarə etdiyi “VAZ 2107” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan yolu keçmək istəyən məktəbliləri vuraraq digər avtomobilə sıxmaqla yol-nəqliyyat hadisəsi törədib.
 
Hadisə nəticəsində məktəblilərdən biri “sağ bud çanaq nahiyyəsinin yumşaq toxumalarının əzilməsi”, digəri sümük sınıqları ilə müşayiət olunan az ağır bədən xəsarətləri alıb.
 
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində müvafiq təhqiqat-istintaq araşdırmaları aparılmaqla, yol-nəqliyyat ekspertizası təyin edilib. Araşdırmalar nəticəsində sürücünün sərxoş olmadığı müəyyən olunub.
 
Aparılan araşdırma zamanı hər iki azyaşlının valideynləri ərizə ilə müraciət edərək onlara dəymiş ziyanın tam ödənilməsi səbəbindən, övladlarının sağlamlıqları ilə bağlı xəsarətlərin aradan qalxmasına görə, şikayət və tələblərinin olmadığını bildiriblər.
 
Qanunvericiliyə uyğun olaraq, taplanmış matreallar üzrə başlanmış cinayət işinə xitam verilib".


Xəbəri paylaş

4528 dəfə oxunub.

Digər xəbərlər
3-06-2018, 10:13 Cəbhədə silahlar susmur

bütün xəbərlər
____ Instagram ___