Daha 1787 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək
Tarix: 27-05-2019 | Saat: 14:00
Bölmə:Karusel / Gündəm | çapa göndər
Prezident İlham Əliyevin müvafiq fərmanının icrası olaraq, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir.
Xəbəraz.Az-ın məlumatına görə, bu günədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın iclaslarında qəbul edilmiş bütün qərarlar üzrə vərəsələr birdəfəlik ödənişlə təmin olunublar.
Komissiyanın növbəti iclasında daha 1088 şəhid üzrə 1787 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edilib ki, həmin vərəsələrin siyahısı da birdəfəlik ödənişin həyata keçirilməsi üçün aidiyyəti quruma göndərilib. 7 iş günü ərzində birdəfəlik ödəmələr onların bank hesablarına köçürüləcək.
Birdəfəlik ödəmə hesablarına köçürüldükdən sonra bu barədə vərəsələrin sənədlərini notariat orqanlarına təqdim edərkən qeyd etdikləri telefon nömrələrinə elektron qaydada ismarıcla rəsmi bildiriş göndəriləcək.
Ümumilikdə 12 268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Onlardan 9785 şəhidin 14 481 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilib.
Bununla da şəhid vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 80 faizə qədər icra olunub.
Xəbəri paylaş
3698 dəfə oxunub.
Digər xəbərlər

19-07-2015, 17:45
Ermənilər torpaqlarımızı yenə yandırır
24-07-2017, 16:15
Maşallah Əhmədovla bağlı hökm dəyişdi - 6 il azaldıldı
19-04-2022, 20:42
Xətai " meri" Rafiq Quliyev Prezidentin Qanunsuz tikililərə qarşı verdiyi tapşırığı heç sayır!
13-10-2018, 20:58
Bakıda iki uşaq tapılıb - VİDEO
15-03-2017, 18:11
Evlilik verilişində azərbaycanlı iştirakçılar arasında DAVA - VİDEO
15-11-2022, 11:21
Sabahdan məktəblərdə payız tətili başlayır
20-10-2019, 19:11
"26-lar" kafesinin sahibinin oğlu, “Gelandevagen”li Qasımov niyə bıçaqlanıb? - FOTO
27-11-2021, 11:51
Bakıda kişi arvadını izləmək üçün evə gizli kamera quraşdırdı - Qızımın yanında başqa kişi ilə...
28-12-2017, 12:17
Deputatlar qış tətilə hazırlaşır