Bu gün “Avroviziya-2019”un ilk YARIMFİNALIDIR
Tarix: 14-05-2019 | Saat: 10:51
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bu gün İsrailin paytaxtı Təl-Əvivdə “Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsi başlayacaq.
Yarımfinallar Təl-Əvivdəki Sərgi mərkəzində mayın 14-ü və 16-da keçiriləcək. Müsabiqənin finalı da burada, mayın 18-də olacaq.
Qeyd edək ki, ölkəmizi müğənni Çingiz Mustafayev təmsil edir. Çingiz Mustafayev ikinci yarımfinalda “Truth” (“Həqiqət”) mahnısı ilə 18-ci nömrə altında çıxış edəcək. Bu turda ölkəmizlə birgə, Rusiya, Albaniya, Litva, Makedoniya, Malta, Niderland, Norveç, Xorvatiya, Avstriya, Ermənistan, Danimarka, İrlandiya, Moldova, Rumıniya və İsveçrədən olan ifaçılar da çıxış edəcəklər.
Müsabiqənin ölkəmiz üzrə şərhçisi, müğənni Murad Arifdir. İctimai Televiziya ilə yayımlanacaq “Eurovision-2019” mahnı müsabiqəsində ölkəmizdən olan səsverməni Xalq artisti Faiq Ağayev elan edəcək. Faiq Ağayev yarışmanın qaydalarına əsasən, final gecəsi iştirakçıların taleyini həll edəcək balları İctimai Televiziyanın canlı efirində səsləndirəcək. Verilən xallar müsabiqə iştirakçılarının aktivinə əlavə ediləcək.
Qeyd edək ki, 1956-cı ildən Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilən beynəlxalq mahnı müsabiqəsi dünyanın ən uzunömürlü musiqi yarışması kimi “Ginnes”in Rekordlar kitabına düşüb. Azərbaycan bu müsabiqədə 2006-cı ildən iştirak edir.
Xəbəri paylaş
3788 dəfə oxunub.
Digər xəbərlər

22-08-2018, 12:24
Rusiyada çılpaq qıza görə hakim işindən oldu — FOTO
17-12-2016, 18:58
Bir qadın kişiylə danışarkən dişlərinə toxunursa...
3-05-2016, 08:57
Politoloqdan Qarabağla bağlı mühüm - Açıqlama
25-10-2015, 01:22
Mikroavtobus "KamAZ"a girdi: ana və qızı yaralandılar - VİDEO
13-04-2017, 12:19
Növbəti imtahanların VAXTI və YERİ AÇIQLANDI
8-09-2016, 11:32
Xoşqədəm həyat yoldaşı ilə birgə veriliş aparacaq - VİDEO
30-07-2016, 10:48
“Hər birimiz maksimum gücümüzü ortaya qoyacağıq” – "Qarabağ"ın rəqibi
5-04-2017, 15:54
Nuşirəvan Məhərrəmli: "Azərbaycan əhalisi yerli kanallardan çox, Türkiyə və Rusiya telekanallarına üstünlük verir"
13-07-2015, 13:04
“Qadına göstərsən ki, ondan yaxşı bişirirsən, gərək o evdə yaşamayasan...”- Tahir Əmiraslanov
6-04-2022, 16:48
Yaxın zamanda 20-dən artıq icra başçısı və 2 komitə sədri vəzifəsilə vidalaşacaq...