Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yaxın zamanda 20-dən artıq icra başçısı və 2 komitə sədri vəzifəsilə vidalaşacaq...
Tarix: 06-04-2022 | Saat: 16:48
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Hadisə / Dünya / Aktual | çapa göndər

Yaxın zamanda  20-dən artıq icra başçısı və 2 komitə sədri vəzifəsilə vidalaşacaq...

1991-ci ildən xalqımızın qarşısında dayanan Qarabağ problemi həll edildi....

İndi növbə  cəmiyyətdə  fundamental islahatları həyata keçirməkdir...

Heç  kimə sirr deyil ki, müstəqil Azərbaycan dövlətinin vur-tut  30 yaşı var. 
Əlbəttə, zaman kimi az deyil, amma dövlət quruculuğu  üçün çox qısa  vaxtdır. 
Bu gün dünyada  100 illər, hətta 1000 illər yaşı olan oturuşmuş dövlətlər var. 
Sözümüzün canı odur ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini elan edəndə qarşımızda 2 ciddi problem dururdu: 
Dövlət quruculuğu və Qarabağ probleminin həlli...
Etiraf etməliyik ki,  Qarabağ problemi  az qala 30 il  Azərbaycan cəmiyyətinin əl-qol açmasına imkan vermədi, cəmiyyətdə bir ümidsizlik var idi, ciddi  siyasi və iqtisadi islahatlara getmək olmurdu...
Çoxları elə güman edir ki, islahat keçirmək, cəmiyyətdə reforma aparmaq  guya asan məsələdir. 
Böyük islahatlara  başlayanda  bilməlisən ki, nəticəsi necə olacaq. Yoxsa, atalar demişkən, qaş düzəldən yerdə vurub gözünü də tökə bilərsən...
Cənab Prezident İlham Əliyev əbəs yerə demir ki...
Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu bilirəm. Hesab edirəm ki, yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik. Son dörd il ərzində üç əməliyyat keçirilmişdir, üç toqquşma olmuşdur. Üçündə də qalib gəldik. Üçündə də bayrağımızı istədiyimiz yerə sancdıq. Üçündə də düşmənə sarsıdıcı zərbələr endirdik...
Bəli, rəhbərin missiyası  NƏYİ və NƏ VAXT və NECƏ...etməyi  dəqiq bilməsidir.
Yoxsa, bəzi radikal  müxalifət liderləri kimi atacaqları  addımın nəticəsini bilmədən  ağızlarına gələnləri danışırlar. 
Sözün qısası,  yazının girişində qeyd etdik ki, 30  il əvvəl, yəni 1991-ci ildə xalqımızın qarşısında 2 ciddi problem var idi: dövlət quruculuğu və Qarabağ problemi...
Tam əminliklə demək olar ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan ordusunun  sayəsində Qarabağ problemi həll olunub. 
Kimlərsə, bəs, Xocalı...bəs Xankəndi  və s deyə bilər. 
Əlbəttə, həmin məsələlər də yaxın zamanda həll olunacaq. Amma  Qarabağ problemi artıq  tarixin arxivinə atıldı, Perzident əbəs yerə demir ki, Dağlıq Qarabağ problemi yoxdur...
Deməli, 30 il əvvəlki problemin biri həll olunub. 
Deməli, indi ölkədə ciddi siyasi və iqtisadi islahatlara təkan vermək olar. 
Əlbəttə, son 30 ildə ciddi iqtisadi və siyasi islahatlar olub. Amma...
Əmması odur ki, cənab Prezidentin bütün səylərinə baxmayaraq ölkədə hələ də korrupsiya və rüşvət, qiymətlərin süni şişirdilməsi, dövlət vəsaitinin talanması halları baş verir. Yoxsa, bu gün niyə  “paçka-paçka”  icra başçıları, nazir və nazir müavnləri həbs olunur ki..?
Bu gün  neçə-neçə baş həkim, şirkət rəhbəri, vəzifəli şəxslər  həbsxana həyatı yaşayır. 
Və bu proses dayanmaq bilmir. 
Hər gün oxuyuruq ki, filan məmur həbs olundu...
İstər-istəməz ortaya suallar çıxır.
Bəs bu məmurlara nəzarət etməli olan dövlət qurumları neçə illər hara baxıblar..? 
Bəs bu  nəzarət edən qurumlar niyə məsuliyyət daşımırlar..? 
Həm də  cəmiyyətdə  ciddi  narazılığın olduğunu da gizlətmək lazım deyil. 
Əgər şəhidin atası, yaxud anası icra başçısının qəbuluna aylarla düşə bilmirsə...
Əgər vətəndaşın  cənab Prezidentə ünvanladığı ərizə, yaxud şikayət  Prezidentə  yetişmirsə...
Əgər  Qarabağ qazisi  dərman pulu tapa bilmirsə, yaxud onun əlillik dərəcəsi illərlə uzadılırsa, cəmiyyət necə MƏMNUN ola bilər...
Axı, nə qədər rüşvətxor  məmur həbs etmək olar..? 
Nazirin, yaxud  universitet rektorunun   200 min manat qaz borcu olduğu halda, sıravi vətəndaşın 5 manatı bitən kimi qazını kəsirlərsə, işığını, suyunu kəsirlərsə, cəmiyyət  istər-istəməz dövlətdən narazı qalacaq...
Bəli, bəzi məmurlar bəlkə də bilərəkdən vətəndaşları dövlətdən narazı salırlar...
Bu gün radikal müxalifəti kimlər maliyyələşdirir..?
Əlbəttə,  rüşvətxor və korrupsioner məmurlar...
Bütün bunları cənab Prezident  zərgər dəqiqliyi ilə bilir. 
Bəli, cənab Prezidentin tapşırığı  ilə Azərbaycanda xüsusi müsadirə institutu yaradılacaq.
Belə ki, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planında əksini tapıb.
Sənədə görə, xüsusi müsadirə institutunun effektivliyinin təmin edilməsi məqsədilə ölkə ərazisində, yaxud başqa dövlətin yurisdiksiyasında olan cinayət yolu ilə əldə olunmuş əmlakın və ya müsadirə edilməli olan digər aktivlərin qaytarılması (aşkar edilməsi, üzərinə həbs qoyulması, aktivlərin dondurulması və sair) ilə bağlı səmərəli fəaliyyətin həyata keçirilməsi üçün müvafiq təkliflər hazırlanması nəzərdə tutulur.
Bu dünən verilən qərardır. 
Bəli, cənab Prezident ölkədə fundamental  islahatlara start verdi. 
Gündəlik-Bakı bu məsələdə cənab Prezidentin həmişə olduğu kimi siyasi kursunu dəstəkləyir və bütün imkanlarımız daxilində hər an, hər zaman bir əsgər kimi dövlətimizin, dövlətçiliyimizin inkişafı üçün əlimizdən gələn bütün köməklikləri edəcəyik. 
Və redaksiyamıza daxil olan məlumata görə, aprel ayı ərzində 20-dən artıq icra başçısı  və 2 komitə sədri vəzifəsilə vidalaşacaq və layiq olduqları cəzanı alacaqlar. 
Cənab Prezidentin  siyasi diqtəsilə  vəzifələrə yeni gənclər təyin olunacaq.
Siyasi komanda yaxın zamanda  ciddi islahatları həyata keçirəcək. 
Dövlətimiz və millətimiz üçün xeyirli olsun.
Gündəlik-Bakı.com






Xəbəri paylaş

9038 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___