Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanla Ermənistan arasında nə problem var ki? - Emeri
Tarix: 13-05-2019 | Saat: 13:09
Bölmə:Karusel / Gündəm / İdman | çapa göndər




"Bütün futbolçularımızın Bakıda ixtiyarımızda olması üçün əlimizdən gələni edəcəyik. Biz Mxitaryanla oynamaq istəyirik. O, “Bernli” ilə qarşılaşmada yaxşı çıxış etdi”. 

Bu sözləri "Arsenal"ın baş məşqçisi Unay Emeri deyib.

İspaniyalı mütəxəssis Avropa Liqasının Bakıda keçiriləcək final matçında ermənistanlı futbolçusu Henrik Mxitaryanın da xidmətindən yararlanmaq istəyir: "Bu, siyasi məsələ olduğundan, həllinin necə mümkün olacağını deyə bilmərəm. Əlimdə deyil və vəziyyəti tam başa düşmürəm. Problem iki ölkə arasındadır. Biz əlimizdən gələni edəcəyik. Sadəcə, tək problem bu deyil".
Emeri final oyununun Bakıda keçilməsinə də münasibət bildirib. 48 yaşlı mütəxəssis uzun səfərin çətinliyini qeyd edib: "İngiltərəyə yaxın ölkələrdən birində oynamağa üstünlük verərdim. Finalda iki ingilis klubu oynayır. Görüş yaxında olsaydı, hər iki klubun daha çox azarkeşi olardı".

Xatırladaq ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək finalda "Arsenal"la "Çelsi" qarşılaşacaq.


Xəbəri paylaş

4608 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___