Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prokurorluq əməkdaşları növbəti ağacəkmə kampaniyası keçiriblər - FOTO
Tarix: 4-05-2019, 12:35 | Saat: 15:47:00
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Prokurorluq əməkdaşları növbəti ağacəkmə kampaniyası keçiriblər
 Mayın 4-də Baş Prokurorluğun, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə ağacəkmə kampaniyası keçirmişdir.

"Xəbəraz.Az"-a Baş Prokurorluqdan verilən məlumatda deyilir ki, son illər respublikamızda yaşıllıqların artırılması, yeni park və xiyabanların salınmasına diqqət artırılmışdır. Yaradılan parklar və yaşıllıqlar sakinlərdə xoş əhval- ruhiyyə yaradır. Əkilən agaclar insanların sağlamlığına müsbət təsir göstərməklə yanaşı, paytaxtın ümumi mənzərəsinə yeni çalarlar əlavə edir. Əsas məqsəd paytaxtın ekoloji cəhətdən sağlamlaşdırılmasına töhfə verməkdir.

Prokurorluq əməkdaşları növbəti ağacəkmə kampaniyası keçiriblər

Xalqımızın ümummilli lideri Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın bütün sahələri ilə yanaşı, ekoloji mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına xüsusi diqqət yetirmişdir. Azərbaycan Respublikası Prokurorlugu orqanlarının əməkdaşları da bu xeyirxah və nəcib tədbirdə həmişə yüksək əhval-ruhiyyə ilə iştirak ediblər. Ulu öndər tərəfindən əsası qoyulmuş ekoloji siyasət bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ölkə başçısının ekoloji mühitin, xüsusilə yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələrinə, həmçinin Baş Prokurorluqda yaranmış ənənəyə uyğun olaraq prokurorluq orqanlarının əməkdaşları ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illilyi münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxından dəstəyi ilə növbəti ağacəkmə kampaniyası keçirmişdir.

Tədbir çərçivəsində paytaxtın Suraxanı rayonu ərazisində Dədə Qorqud qəsəbəsinin yaxınlıgında 1 hektar ərazidə minə yaxın badam ağacları əkilmişdir. Abşeron yarımadasının iqliminə uyğun olaraq əkilən agacların küləkdən qorunması üçün dirəklər basdırılmış və onların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunmuşdur. Həmçinin, əkilən ağacların mühafizəsi və mütəmadi olaraq onlara qulluq göstərilməsi məqsədilə bütün zəruri tədbirlər görülmüşdür.

898 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___