Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“VALİDEYNLƏR UŞAQLARINI PSİXOLOQA GÖSTƏRMƏKDƏN QORXURLAR”
Tarix: 01-04-2015 | Saat: 21:53
Bölmə:Karusel / M2 / Müsahibə | çapa göndər

“VALİDEYNLƏR UŞAQLARINI PSİXOLOQA GÖSTƏRMƏKDƏN QORXURLAR”

Xəbəraz.az simsar.az-a istinadən xəbər verir
Bəzən problemli uşaqların psixoloqa göstərilməsində valideynlər arasında narazılıqlar yaranır.
Son dövrlər baş verən qeyri-adi hadisələr, insanların psixoloji durumunun necə olmasını gündəmə gətirir. Bəzən uşaqkən insan elə psixoloji sarsıntı keçirir ki, bu sarsıntı onun beyninə həkk olunur və illərlə düşdüyü psixoloji vəziyyətdən çıxa bilmir. Bu fəsadlar uşaqlarda daha tez özünü büruzə verir. Uşaqda psixoloji əlamətlər özünü müxtəlif cür göstərir: böyüklərin sözlərini qavraya bilmir, fikri başqa yerdə olur, televizorun qarşısından ayrılmır, digər uşaqlara qaynayıb-qarışmır, bəzən də danışa bilmir və s.
Psixoloji problemlərlə üz-üzə qalan uşaqların sayı gündən-günə artmaqdadır. Onlara nəzarət bu mövzuda məlumatsız valideynlərin əlində olduğu zaman daha da qəlizləşir. Konservativ valideynlər və onların qurbanlarına çevrilən uşaqlar barədə müsahibimiz psixoloq Fərəh Kamilovadır.

- Hazırda uşaqların hansı psixoloji problemlər daha çox özünü göstərir?

- Uşaqlarda diqqət əksikliyi, yaddaş pozğunluğu, hiperaktivlik, alturizm, əqli gerilik, nitq pozğunluğu sindromu kimi problemlərə rast gəlinir. Bu kimi problemləri uşaqlarda 1-3 yaş arasında bilmək olar, gecikmədən uşaqları psixoloqa, defektoloji pedaqoqlara göstərmək lazımdır. Belə problemlər müalicə ilə deyil, psixologi təlimlərlə, defektologi pedaqoqlar sayəsində düzəlir. Alturizm yeganə xəstəlikdi ki,bu ömürboyu davam edir. Səbəbi məlum olmur, genetik və ya sonradan yaranır.

- Uşaqların psixologi problemləri nədən qaynaqlanır?

- Bunun əsas səbəbi - qayğsızlıq, ailə münasibətlərinin düzgün qurulmaması, uşağın ətrafında – cəmiyyətdə baş verən mənfi hadisələrdir. Bəzən belə problemli uşaqların psixoloqa göstərilməsində valideynlər arasında narazılıqlar yaranır.Valideyn uşağını pedaqoqlara göstərmək istəmir. Uşağının dəli olmadığını bildirir. Bu düzgün düşüncə deyil, hətta uşaqlarına dəli gözüylə baxmaları belə dəhşətlidi. Bu xəstəlikdir, müdaxilə tez olunarsa düzələ bilər. Belə düşüncələrlə uşaqlarına kömək eləməkdən çox ziyan verirlər.

- Daha çox hansı uşaqlar üçün müraciət edilir?

- Ata-ana qayğısından məhrum olan, çətin tərbiyə olunan uşaqlar, psixi proseslər (duyğu, qavrayış, diqqət, hafizə, nitq, təfəkkür, təxəyyül) ləngiməsi olan uşaqlar, davranış pozğunluğu, özünə xidmət və sosial bacarıqları inkişaf etməyən ailə münaqişələri təsirində böyüyən uşaqlar üçün müraciət edilir. Onlarla ünsiyyət qurulur, yavaş- yavaş psixoloji problemlərini həll eləməyə çalışırıq.Uşaqlarda ünsiyyət qurma yolları var ki,onlarla işləmək daha rahat olur.

- Azərbaycan uşaqlarını xarici ölkənin uşaqlarından fərqləndirən özəlliklər hansılardır?

- Azərbaycan uşaqları nisbətən çəkingən olur. Xarici ölkələrin uşaqlarında sərbəstlik daha çoxdur, onların öz yaş dövrünə uyğun sərbəstlikləri olur. Bu da ata-ananın uşağa olan münasibəti ilə əlaqədardır. Xaricdə uşaqlar daha az valideyn təsiri altında olur, ona görə də sərbəstlik yaranır. Bizim uşaqlar evlənənədək valideyn qayğısında böyüdüklərinə görə,onlardan çəkinir, utancaq olurlar.

- Xarici cizgi filmlərinin uşaqların psixologiyasına təsiri necədir?

- Xarici cizgi filimlərin həm mənfi, həm müsbət təsiri ola bilər. Cizgi filmlərdə heyvanları qabarıq formada tanıdırlar, əcaib personajların olması uşaqların təfəkkürünə pis təsir göstərir. Uşaqlar məntiqi inkişaf etdirən cizgi filmlərinə baxmalıdır, öyrədici, yaxşı əməlləri təbliğ edən filmlər onların təfəkkürünün düzgün formalaşmasına kömək edir.

- Uşaqlara oyuncaq seçərkən nələrə diqqət edilməlidir?

- Əvvəlcə, oyuncaqları seçməmişdən əvvəl, yaş xüsusiyyətləri nəzərə alınmalıdır. Oyuncaqlar sadədən mürəkkəbə doğru olur. Valideynlər bunu nəzərə alaraq, əvvəlcədən mürəkkəb formalı oyuncaq almamalıdırlar. Uşağın qavraması üçün əvvəlcə sadə forması alınmalı , bundan sonra mərhələ-mərhələ sadədən-mürəkkəbə keçirilməlidir. Bundan başqa, aqressivlik yaradan, səsli-küylü, eyni, təkrar sözlər aşılayan oyuncaları uşaqlardan uzaqlaşdırmaq lazımdır. Uşaqlar onların təkrar etdikləri sözləri əzbərləyir və onlar kimi deməyə başlayırlar. Belə oyuncaqlar, uşaqlarda psixologi problemlər yarada bilər.

- Bəs uşaq kitabları necə olmalıdır?

Uşaq kitablarında da yaş nəzərə alınmalıdır.Yaş xüsusiyyətlərinə uyğun şəkillər, mətnlər aydın, dolğun formada olmalı, yaxşı xüsusiyyətləri aşılamalıdır. Lakin Azərbaycanda uşaq üçün olan kitab və jurnallar istənilən tələbatlara cavab vermir. Şəkillərində, mətnin anlaşılmasında çətinlik yaranır, bəzən heyvan şəkilləri adama oxşayır. Uşağın heyvanları, bitkiləri, əşyaları tanımasında, qavramasında yalnışlıqlar olur. Bu mövzuda xarici kitablar daha yaxşı seçim olardı.

- Azərbaycan valideyni uşaqla münasibəti necə qurmalıdır?

- Azərbaycan valideynləri münasibət qurmaq üçün, uşaqlar barədə çox məlumat toplamalıdırlar. Hər yaş dövrünün xüsusiyyətlərin bilməli, anlamağa çalışmalıdırlar. Onların istəmədikləri hərəkəti etdikdə, o hərəkətin mənfi tərəflərini göstərərək ondan çəkindirməlidirlər. Qəti formada icazə verməmələri uşaqlarda əks təsir yarada bilər. Bu mövzuda valideynlər nə qədər məlumatlı olsalar, o qədər yaxşıdır. Valideynlər uşaqları üçün çalışmalı, onları hər zaman nəzarətdə saxlamalı, lakin bu münasibəti uşaqlarına bildirməməlidirlər. Uşaqların bunu hiss eləməsi, valideynlərinin onlara olan inamsızlığı ilə əlaqələndirərək, valideynlərindən uzaqlaşmasına, həyatlarında baş verənləri gizlətmələrinə səbəb olur. Bu da həm valideynlər, həm də uşaqlar üçün münasibətlərdə problemlər yarada bilər.


Xəbəri paylaş

1 0008 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___