Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tüstü bacasından evlərimizə gələn səssiz əcəl
Tarix: 29-01-2019 | Saat: 10:47
Bölmə:Karusel / Gündəm | çapa göndər

Dəm qazının qurbanları artmaqdadır; ekspertlər həyəcan təbili çalır

Azərbaycanda hər fəslin öz əcəli var. Yayda dəniz can alır, qışda isə dəm qazı... “Səssiz ölüm” adı verilən dəm qazı bu dəfə  Ağstafada yetkinlik yaşına çatmayan qızın həyatına son qoyub. Hadisə rayonun Eynallı kəndində qeydə alınıb.
Kənd sakini 13 yaşlı Məmmədli Aysu Zöhrab qızı yaşadığı evdə səssiz ölümün qurbanı olub. Ailə üzvləri onu xəstəxanaya çatdırsa da həyatını xilas etmək mümkün olmayıb. 
İsmayıllı rayon sakini 1983-cü il təvəllüdlü Tahirova Təranə Qurban qızı yaşadığı evin hamamında dəm qazından boğulub. Rayonda dəm qazından boğulan digər şəhər sakini, 2003-cü il təvəllüdlü Əhmədli Aysu Bəhmən qızı olub. İlkin məlumata görə, 16 yaşlı gənc qız vanna otağında dəm qazı səbəbindən özündən gedib. Hər iki sakin huşsuz vəziyyətdə İsmayıllı rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Oğuz rayon Caluc kənd sakini, 1969-cu il təvəllüdlü Lələyeva Nazilə Vəli qızı hamamda dəm qazından boğulub. 50 yaşlı qadın Oğuz rayon mərkəzi xəstəxanasına çatdırılıb. Qəbələ rayon sakini, 1973-cü il təvəllüdlü Abdullayeva Nazilə Niyaz qızı vanna otağında huşsuz halda tapılıb. N. Abdullayeva Qəbələ Diaqnostika Mərkəzinə aparılıb. 
Ən dəhşətli hadisə isə Bakıda Sabunçu rayonunda bir ailədə ana və 3 övladının dəm qazından ölümü idi.
Ekspertlər hesab edir ki, soyuq havalı günlərdə təbii qaza olan tələbatının artması nəticəsində dəm qazı ilə zəhərlənmə halları da artır. Zəhərlənən şəxsə ilkin yardım edilməsi ilə bağlı çox az insan məlumatlıdır. Halbuki, bu məlumatlar bir çox hallarda həyat qurtara bilər.  Bakı şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov mətbuata açıqlamasında bildirib ki, dəm qazı ilə zəhərlənmələrin əksəriyyəti hamam otağında və qapalı məkanlarda baş verir. Ona görə də ilk növbədə qaz cihazı olan yerlərdə diqqətli olmaq və qaydalara riayət etmək ən vacib şərtlərdən biridir. Belə vəziyyətlə üzləşəndə zərərçəkənin huşu özündə deyilsə, dərhal onu qapalı mühitdən çıxarmaq, arxası üstə uzadıb yaxasını açmaq, mümkünsə nəfəs yollarını açmaq üçün ağız boşluğundakı seliyi təmizləmək, başına və sinəsinə soyuq islatma qoymaq, burnuna naşatır spirtində isladılmış pambıq yaxınlaşdırmaq, zərərçəkənin tənəffüsü dayanıbsa, ona mütləq süni nəfəs vermək və mütləq təcili tibbi yardıma xəbər etmək lazımdırƏgər dəm qazından zəhərlənmiş xəstənin huşu özündədirsə, onu təmiz havaya çıxarmaq vacibdir. Zəhərlənmə nəticəsində bədən temperaturu düşdüyü üçün xəstənin üstünü örtmək, ona isti içki vermək, sonra mütləq tibb mütəxəssisinə müraciət edilməlidir. Huşu özündə olmayanları isə dərhal qapalı mühitdən çıxardıqdan sonra nəfəs yollarını açmaq üçün ağız boşluğundakı seliyi təmizləmək və mütləq təcili tibbi yardıma xəbər etmək lazımdır.
Ekspertlər dəm qazından zəhərlənmə hallarının qarşısını almaq üçün bu maddəyə qarşı xəbərdarlıq edən qurğuların mənzillərdə quraşdırılmasının tərəfdarıdırlar. Onları qaz cihazlarına yerləşdirən zaman zəhərli qazın əmələ gəlməsi barədə işarə verir və qaz verilişi dayanır.
Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirdi ki, əsas səbəb abonentlərin təhlükəsizlik qaydalarına riayət etməməsidir: “Azəriqaz” İB ilə birgə aidiyyəti qurumlarla birgə aparılan maarifləndirmə işlərinə baxmayaraq, xüsusilə qış aylarında dəm qazından zəhərlənmə hadisələri baş verir. Araşdırmalarımız nəticəsində bəlli olub ki, bu hallar sırf istehlakçıların təhlükəsizlik qaydalarına düzgün riayət etməməsi səbəbindən baş verir. Qaz cihazlarından, avadanlıqlarından anlayışı olmayan insanlar, uşaqlar, yaşlı insanlar təbii qazdan istifadə etməməlidirlər. Təbii qazın verilişi əhalinin sosial rifahını yaxşılaşdırır, bununla yanaşı ondan düzgün istifadə edilməlidir”.
İ.Kərbalayevin sözlərinə görə, təbii qazla işləyən su qızdırıcısı quraşdırılan vanna otağının həcmi parametrlərə uyğun olmalıdır, hündürlüyü 2.20 metrdən, həcmi 7,5 kubmetrdən az olmamalıdır: “Ən əsası tüstü bacasının işlək vəziyyətdə olması və qapının altında nəfəslik olması vacib şərtlərdəndir. Bu kimi texniki parametrlərə riayət olunarsa, təbii ki, belə hallarla rastlaşmarıq. O cümlədən fərdi yaşayış evlərində müşahidə edirik ki, yardımçı otaq tikilir, ondan hamam kimi istifadə olunur. Həmin vanna otaqlarında su qızdırıcısı quraşdırılarkən sadəcə borunun çölə çıxarılması ilə kifayətlənirlər. Bu da çox təhlükəlidir. Külək istiqamətini dəyişə və qaz cihazının yanma prosesini poza bilər. Həmin tüstü bacası damdan təxminən 70-80 sm hündürdə olmalıdır. Aidiyyəti qurumlar tərəfindən maarifləndirmə işləri aparılır, televiziyada sosial çarxlar nümayiş etdirilir”.
Ä°brahim KÉrbalayev ile ilgili görsel sonucu
“Azəriqaz” sözçüsü ölkədə sürətlə qazlaşma işləri aparıldığını qeyd edərək, bu çərçivədə maarifləndirmə işlərinin həyata keçirildiyi dedi: “Həmin mənzillərə təbii qazın verilməsi ilə bağlı müqavilə bağlanana zaman xüsusi bukletlər paylanılır, mütəxəssislərimiz tərəfindən maarifləndirmə işləri həyata keçirilir. Müvafiq qurumlar tərəfindən yoxlamalar aparılaraq qeyri-standart qaz cihazlarından istifadə ilə bağlı xəbərdarlıq edilir, həmin cihazların istismarının dayandırılması həyata keçirilir. Ancaq bütün bunlara baxmayaraq, bədbəxt hadisələr baş verir. Fərdi iştirak evlərinin qazlaşdırılması zamanı “Azəriqaz” İB-ə belə bir sənəd təqdim olunduqda, həmin mənzilə təbii qazın açılışı zamanı layihə üzrə bütün texniki parametrlərə ciddi nəzarət olunur. O cümlədən qaz xətti üzərində detektorların quraşdırılması nəzərdə tutubsa, həmin ünvanda detektor olmadıqda təbii qazın verilişi həyata keçirilmir. Bu detektorlar iki hissədən ibarətdir, qapayıcı və qəbuledici hissə. Qəbuledici hissə mətbəxdə quraşdırılır, qapayıcı hissə isə qaz xəttinin mənzilə giriş hissəsində. Mənzilə hər hansı dəm qazı, tüstü, qaz sızması baş verərsə, qəbuledici hissə həmin məlumatı avtomatik olaraq qapayıcı hissəyə ötürür, qapayıcı hissə mənzilə qazın verilişi dayandırılır.Bunu hər bir vətəndaş öz mənzilinə quraşdıra bilər. Ancaq bu “Azəriqaz” İB tərəfindən həyata keçirilmir”.
Aqil Abbas ile ilgili görsel sonucu
Milli Məclisin deputatı Aqil Abbas da “Yeni Müsavat” danışarkən əhalinin qazdan istifadə ilə bağlı mütəmadi məlumatlandırılmasının vacib olduğunu qeyd etdi: “Birinci məsələ maarifləndirmədir. Mətbuatımız, televiziya kanalları tez-tez bu barədə məlumatlar verir, qazdan ehtiyatlı istifadə ilə bağlı xəbərdarlıqlar edilir. Bu hadisələrin çoxu ehtiyatsızlıqdan baş verir. Bəlkə başqa səbəblər də var. Bəzən qaz cihazı işlək vəziyyətdə olur, qaz kəsilir və yenidən verildikdə mənzilə qaz dolur. Bu baxımdan qaz kəsilməzdən öncə insanlara məlumat verilməlidir. Belə söhbətlər də gəzir ki, qazın keyfiyyəti aşağıdır, bu səbəbdən dəm qazı yaranır. Bunun kökündə isə bir məsələ var, güclü maarifçilik işi aparılmalıdır. Bir ailənin bu cür faciəli şəkildə ölməsi bizi də çox narahat edir, tanıdıqlarım arasında da dəm qazının qurbanı olanlar var. Mətbuat bu işdə çox rol oynayır, vaxtaşırı məlumatlar dərc olunmalıdır. Tüstü bacalarının təmizlənməsi işi də hazırda boşluqdadır. Əvvəllər bu işi “JEK”lər həyata keçirirdi. İndi  xüsusi bir idarə yaradılıb. Ancaq bunu Fövqəladə Hallar Nazirliyi həyata keçirə bilər və onun nəzdində bir idarə ola bilər ki, mülki vətəndaşlarla işləsin. Həmin idarənin işçiləri də  bu tüstü bacalarının təmizlənməsi işini  həyata keçirsin”.


Xəbəri paylaş

4378 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___