Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ölənlərimizin dəfn olunduqları gecədə bizdən gözlədikləri 11 əməl
Tarix: 23-01-2019 | Saat: 17:38
Bölmə:Karusel / M2 / İbadət | çapa göndər

Bizlərin bir çoxu hansısa əzizimizi itirmiş və o biri dünyaya yola salmışıq. Bəs ölənlərimiz torpağa tapşırılan ilk gecədə bizdən nə gözləyirlər?Onların dünya ilə əlaqəsi tam kəsilmədiyi üçün, hələ də yaxınlarından xeyir işlər və dua gözləntisində olurlar.
 
İnsanın öldüyü gecə - həyatının ən mühüm hadisələrindən biridir. Ölənlər bu gecədə sual-cavab olarlar. Ruhları dünyadan tamamilə əlaqəsini kəsər. Məsumlarımız (ə) məhz bu gecədə ölənləri gözləyən qəbir sıxıntısından xəbər vermişdilər ki, onlara dua və namazlarımızın yardımı ilə kömək edə bilərik. Bu əməllər ilə tanış olaq.
 
1. Həzrət Peyğəmbər (s) buyurur: “Meyitə elə hədiyyə və töhfə göndərilməmişdir, məgər o halda ki, istiğfar və tövbədən üstün olsun. Əgər övladı vardırsa, onun istiğfarı hər bir başqa şəxsdən daha üstündür”.
Ona görə də Məsumlarımız (ə) tövsiyə edirlər ki, yaxınlarının öldüyü gecə bir çıraq və ya işıqlandırma ilə qəbirlərinin üstünə gedib, onlar üçün bağışlanma istəsinlər.
 
2. Meyitin öldüyü gecədə sədəqə verin. Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, insan, öz öləninin niyyəti ilə sədəqə verər, Allah Cəbrayilə (ə) əmr edər ki, 70 min mələk həmin sədəqəni onun qəbrinə aparsınlar. Hər bir mələyin əlində bir qab olar ki, onu qəbrə aparar. Deyər: “Salam olsun sənə! Bu filankəs tərəfindən olan hədiyyədir ki, sənin üçün gəlmişdir”. Sonra qəbri nurani olar”.
 
3. Meyit üçün dua edin.
 
4. Əgər meyitin qəza namazı vardırsa, onu əda edin. Əgər qəzası yoxdursa, hədiyyə niyyətilə iki rükət müstəhəb namaz qılın.
 
5. Meyitin öldüyü ilk gecədə 40 nəfər yoxsul Əhli-Beyt (ə) davamçısına yemək verin.
 
6. Əgər hərəmlərin olduğu şəhərlərdə qohumlarınız və dostlarınız vardırs,a onlardan xahiş edin ki, ölənlərinizin niyyəti ilə ziyarət yerinə yetirsinlər.
 
7. Günəş batmazdan əvvəl “Aşura” ziyarətini oxuyun və savabını həmin meyitə göndərin.
 
8. Vəhşət namazı qılın.
 
9. Ölənlər üçün Quran oxuyun, xüsusilə də “Fatihə”, “Yasin”, “Saffat”, “Mülk”, “Əhzab” və “Ayətül-kürsü”nü.
 
10. “Mülk” surəsi qəbir əzabının qarşısını alan əməllərin tacıdır və bu surəni qəbrin başında oxuyun.
 
11. Ölünün ruhunu şad etmək üçün qəbri başında 7 dəfə “Qədr” surəsini oxuyun. (Beytutə)
 
İmam Sadiq (ə) buyurur: “Ölən üçün yerinə yetirilən xeyir əməlin savabı həm onun üçün (yerinə yetirən üçün) olar, həm də ölən üçün. Hər ikisi üçün də yazılar”.
(deyerler.org)



4048 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___