Yol polisindən sürücülərə ÇAĞIRIŞ
Tarix: 23-01-2019 | Saat: 15:13
Bölmə:Karusel / Gündəm | çapa göndər
Qış mövsümündə yollarda təhlükəsizliyin təmin olunması və baş verə biləcək yol qəzalırının qarşısının vaxtında alınması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə diqqət yetirilməli bir neçə halı təkrar xatırladır. İdarədən daxil olan müraciətdə bildirilir:
“Hörmətli sürücülər!
Səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilinizin texniki vəziyyətinə bir daha nəzarət edin. Hərəkət zamanı təhlükəsizlik kəmərlərini təkcə sürücülər deyil, sərnişinlərin də bağlaması mütləqdir. Kəmərlərin bağlanmaması təkcə məsuliyyət yaratmır, həm də qəfil tormozlama və ya hər hansı toqquşma zamanı insan həyatı üçün yaranan təhlükədən qoruyur.
İdarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçmələri, zərurət olmadan ötmə əməliyyatı aparmamaları, qəfil manevrlər və kəskin tormazlama etməmələri tövsiyə olunur.
Rayonlararası magistral yollarda təhlükəsizliyin təmin olunması şərtlərindən biri də avtomobilin texniki imkanlarından asılı olmayaraq sürət rejiminə ciddi əməl etməkdir.
Uzaq məsafəli səfər zamanı yuxusuz, yorğun, əzgin halda sükün arxasına əyləşməyin. Bir neçə saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə də olsa avtomobilinizi saxlayıb istirahət edin. Bir daha xatırladırıq ki, bunun üçün respublika əhəmiyyətli yollarda yerləşən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərsiniz.
Hörmətli sürücülər, unutmayın ki, əlinizdəki təkcə sükan deyil, həm də özünüzün və sərnişinlərinizin həyatıdır”.
Xəbəri paylaş
4268 dəfə oxunub.
Digər xəbərlər

4-11-2016, 18:14
SOS: Azərbaycanda "duzlu" TƏHLÜKƏ
16-11-2021, 10:37
Kişi olduğu deyilən qapıçıdan - Açıqlama
20-09-2023, 13:59
Ermənilərin öldürmək istədiyi ekskavatorçu hadisə anından danışdı
2-01-2017, 18:16
İlham Əliyev İndoneziyaya səfər edəcək
28-07-2015, 12:40
Türk topçularının PKK-nı vurduğu an - VİDEO
24-01-2023, 14:38
Azərbaycanın olimpiya çempionu həbs edildi
27-06-2017, 16:32
Azərbaycanlı müğənninin yediyi sosiskadan milçək çıxdı (FOTO)
2-06-2017, 12:21
Medvedyevdən Türkiyəyə jest — sanksiyalar ləğv edildi
18-12-2016, 16:31
Həftənin ilk iş günü üçün HAVA PROQNOZU
27-01-2022, 16:32
Azərbaycanda QƏTL: Oğlunun çarpayısının altında gizləndi, arvadının telefonla danışığını eşidib onu öldürdü