Müğənni Aslan Hüseynov Arif Alışanovun "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsindən danışıb.
Xəbəraz.Az bildirir ki, ölkə.az-ın məlumatına görə, sənətçi bildirib ki, Alışanov ona AzTV-də efirə çıxmağa qadağa qoyubmuş:
"Heç kimə pislik arzu edən insan deyiləm. Amma Allahın istəyindən artığı yoxdur. Allahın məsləhəti necə idisə, hər şey o cür də oldu və öz yerini tapdı. Yeddi il mənə AzTV-yə qadağa qoymuşdu, özü AzTV-yə ömürlük "zapret"ə düşdü. Dünəndən şərhlərdə lazımsız fikirlər yazırlar. Kiminsə təhqir olunmasını istəmirəm. Mən o vaxt Alışanovla bağlı fikirlərimi deyəndə sənətçi həmkarlarım da deyirdilər ki, yaxşı eləmisən. Bəziləri deyirdilər ki, mənim ürəyimdən keçənləri sən demisən".
Qeyd edək ki, Prezident İlham Əliyev Arif Alışanovun "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Arif Nizam oğlu Alışanov "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
"Mənə yeddi il qadağa qoydu, özü AzTV-də ömürlük "zapret"ə düşdü" - Müğənni Aslandan Alışanov AÇIQLAMASI
Tarix: 16-01-2019 | Saat: 13:20
Bölmə:Karusel / Maraqlı | çapa göndər

3038 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 16-01-2019 | Saat: 13:20
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Digər xəbərlər
23-03-2015, 21:32
Ölümdən sonrakı, Həyat -Oxumağa Dəyər
18-08-2019, 10:12
Yığmamızın futbolçusu Almaniyada cəza aldı
24-04-2016, 13:02
Sabah üçün HAVA PROQNOZU
25-04-2016, 21:17
İlham Əliyev Ərdoğanla görüşdü
14-12-2019, 19:54
Dələduz "polis" saxlanıldı
7-05-2019, 10:59
Daxili İşlər Nazirliyi polis nəfəri vəzifəsinə işçi axtarır
16-05-2016, 13:14
İstanbulda partlayış
8-10-2018, 16:07
Qaxda üzərində sirli yazılar olan ev - VİDEO - FOTO