Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Müəllimlər 5 fəndən imtahan verdilər - Nəticələr BƏRBADDIR
Tarix: 03-01-2019 | Saat: 10:47
Bölmə:Karusel / Təhsil | çapa göndər


Tanınmış təhsil eksperti Kamran Əsədov müəllimlərlə bağlı bir neçə gün öncə keçirilmiş imtahanların acı nəticələri barədə məlumat açıqlayıb.
K.Əsədov bildirib ki, Təhsil Nazirliyi riyaziyyat, informatika, fizika, kimya və bilogiya fənnlərindən Azərbaycan və rus bölmələri üzrə orta məktəblərdə dərs deyən bir qrup müəllim üçün müvafiq ixtisaslara uyğun olaraq qapalı tipli test tapşırıqlarından imtahan keçirib.


“Layihənin məqsədi istedadlı şagirdlərlə bağlı fəaliyyətlərə cəlb ediləcək müəllimlərin müəyyənləşdirilməsi, onların bu sahədə olan fəaliyyətlərinin dəstəklənməsi və yeni fəaliyyətlərə təşviq edilməsindən ibarətdir.
Amma məlum olub ki, bizim müəllimlərin bilik və bacarıqları hələ 50 faizdən aşağıdır... Öz nəticəsi aşağı səviyyədə olan, yüksək nəticə verə bilməz! 2014-cü ildən bəri müəllimlərin nəticələrində heç bir irəliləyiş yoxdur”,-deyə ekspert vurğulayıb.


K.Əsədov imtahan verən müəllimlərin nəticələrini aşağıdakı kimi qeyd edib:


Biologiya fənni üzrə:


İmtahanda iştirak edən 221 nəfərdən 112 nəfəri təqdim edillən 25 sualın 50+ faizinə doğru cavab verib. Yəni iştirakçıların 51%-i təqdim edilən sualların yarısından çoxuna doğru cavab verib və ən yüksək göstərici isə 90% olub.


İnformatika fənni üzrə:


İmtahanda iştirak edən 129 nəfərdən 13 nəfəri təqdim edillən 20 sualın 50+ faizinə doğru cavab verib. Yəni iştirakçıların 10%-i təqdim edilən suallrın yarısından çoxuna doğru cavab verib və ən yüksək göstərici isə 83% olub.


Fizika fənni üzrə:


İmtahanda iştirak edən 180 nəfərdən 11 nəfəri təqdim edillən 25 sualın 50+ faizinə doğru cavab verib. Yəni iştirakçıların 6%-i təqdim edilən suallrın yarısından çoxuna doğru cavab verib və ən yüksək göstərici isə 95% olub.


Kimya fənni üzrə:


İmtahanda iştirak edən 201 nəfərdən 11 nəfəri təqdim edillən 30 sualın 50+ faizinə doğru cavab verib. Yəni iştirakçıların 5%-i təqdim edilən suallrın yarısından çoxuna doğru cavab verib və ən yüksək göstərici isə 62% olub.


Riyaziyyat fənni üzrə:


İmtahanda iştirak edən 405 nəfərdən 4 nəfəri təqdim edillən 25 sualın 50+ faizinə doğru cavab verib. Yəni iştirakçıların 1%-i təqdim edilən suallrın yarısından çoxuna doğru cavab verib və ən yüksək göstərici isə 63% olub.



8028 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___