Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mütəxəssislərdən “Eris” virusunun simptomları barədə XƏBƏRDARLIQ
Tarix: 15-08-2023 | Saat: 16:49
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

İndiyədək 51 fərqli ölkədə aşkar edilən "Eris” variantının simptomları ilə bağlı elm adamlarından diqqətçəkən açıqlamalar gəlib.

Dünyada milyonlarla insanın ölümünə səbəb olan koronovirus epidemiyasında "Omicron” variantının alt növü olan "Eris” variantı yayılma sürətini artırır.

Koronavirus epidemiyasının son vaxtlar bitdiyinə dair fikirlər olsa da, son həftələrdə "Eris” variantında böyük artım müşahidə olunub və ekspertlər bu variantın simptomları barədə də xəbərdarlıq ediblər.

Koronavirus epidemiyasının ən yeni və ən sürətlə yayılan variantı olan "Omicron” variantının alt növü olan "Eris” variantının bəzi spesifik simptomları var. Bunlardan bəziləri əvvəlki "Omicron” simptomlarına bənzəyir.

Boğaz ağrısı;
"Eris” variantının ən böyük simptomlarından biri boğaz ağrısıdır. Boğazınızda ağrı hiss edə bilərsiniz. Bu, "Eris” variantının ən fərqli xüsusiyyətlərindən biridir, xüsusən də udma və ya danışarkən ağrı hiss edirsinizsə, boğazda quru ağrı ilə yanaşı, boğazın arxasında da qızartı görünə biləcəyi bildirilib.

Burun axması;
Daha əvvəl "Omicron” və "Delta” variantlarında da görülən burun axıntısı, immun sisteminin yaratdığı bir müdafiə mexanizmi olaraq da önə çıxır. Bildirilib ki, bu əlamət daha çox müşahidə olunur və buna səbəb "Omicron” variantının ağciyərlərə enmədən boğaz, burun və ağızda ilişib qalması olub.

Öskürək;
Covid-19 səbəbiylə öskürəklərin üçdə ikisinin quru öskürək olduğu, bəzi hallarda isə bəlğəmli öskürək müşahidə edildiyi bildirilib. Quru öskürəyə məruz qalanların öskürməyə başladıqdan sonra dayanmaqda çətinlik çəkdiyi də xatırladılıb və bəzi hallarda bəlğəmin atıldığı diqqətə çatdırılıb.

EG.5 kimi də tanınan "Eris” variantının digər əsas simptomlarına baş ağrısı, əzələ ağrısı və qoxu itkisi daxildir. Rəsmi qeydlərə görə, nəfəs darlığı və yüksək hərarət artıq Covid-19-un əsas simptomları arasında deyil.


Xəbəri paylaş

2478 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___