Ana doğduğu körpəsini öldürdü - Azərbaycanda dəhşət
Tarix: 18-11-2018 | Saat: 11:02
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
4838 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 18-11-2018 | Saat: 11:02
Bölmə:Karusel / Hadisə | çapa göndər
Azərbaycanda ana yeni doğduğu körpəsini öldürüb.
Hüquq-mühafizə orqanlarından open.az-a verilən məlumata görə, hadisə Lənkəranda qeydə alınıb.
Lənkəranın Girdəni kənd sakini, 1997-ci il təvəllüdlü Fəridə Üzeyir qızı Kərimzadə on gün əvvəl dünyaya gətirdiyi Toğrul Məmmədovun göbək nahiyəsinə qayçı ilə xəsarət yetirib. Göbəyindən kəsilmiş-deşilmiş xəsarətlər alan körpə əvvəlcə rayon xəstəxanasına, oradan da Bakıya - Elmi-Tədqiqat Pediatriya İnstitutuna (OMD) aparılıb. Göstərilən tibbi yardımlara baxmayaraq körpə noyabrın 15-də orada dünyasını dəyişib.
Araşdırmalar zamanı müəyyən edilib ki, F. Kərimzadə həmin körpəni dünyaya gətirən zaman sarsıntı keçirib və o, "dəqiqləşdirilməmiş doğuşdan sonrakı psixi pozuntu” diaqnozu ilə qeydiyyata götürülüb.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Xəbəri paylaş
Digər xəbərlər
10-06-2017, 11:06
Yığmamız Şimali İrlandiyaya qarşı - YENİLƏNİR
29-06-2021, 11:21
Göygölün icra başçısından İLGİNC ADDIM... - telefonla "peyvənd statistikası" yığdırır
28-10-2018, 11:04
Bu cür pomidorlar ciddi təhlükə mənbəyidir - DİQQƏT
25-03-2016, 12:02
Aygün Kazımova alış-veriş mərkəzində konsert verdi - fotolar
24-09-2019, 08:35
Paytaxtda qonşular arasında dava: 2 nəfər bıçaqlandı
18-08-2018, 19:37
Qurban bayramında heyvan kəsimi bu ünvanlarda olacaq - Siyahı
4-09-2015, 01:09
Bu gün bürcünüz nələr vəd edir?