Pensiyaya çıxanlara SMS-lə məlumat veriləcək
Tarix: 16-11-2018 | Saat: 14:33
Bölmə:Karusel / Gündəm | çapa göndər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə əmək pensiyalarının elektronlaşması, əmək pensiyasının hesablanmasının avtomatlaşdırılması ilə bağlı göstəriş verilib. Həmin tapşırığa uyğun olaraq nazirlik tərəfindən təkliflər hazırlanıb.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müavini Anar Əliyev Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Əmək pensiyalar haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.
O xatırladıb ki, ölkədə 2006-cı il yanvarın 1-dən sonra fərdi uçot sistemi tətbiq olunub.
Onun sözlərinə görə, həmin dövrdən indiyədək bütün sığorta haqqı ödəyənlərin uçotu Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən həyata keçirilir:
“Lakin 2006-cı il tarixinə qədər elektron uçot sistemi olmayıb. Vətəndaşlar pensiya təyinatı ilə bağlı müraciət edərkən pensiya stajlarının təsdiq edilməsi üçün bir sıra sənədlərlə müraciət etməli olurdular və onlar əmək kitabçaları ilə bağlı məlumatı arxivdən çıxararaq gətirirdilər. Bu da uzun müddət çəkirdi, bir çox hallarda əsaslı və əsassız mübahisələrə səbəb olurdu, eyni zamanda, sui-istifadə halları baş verirdi.
Təklifimizin mahiyyəti ondan ibarətdir ki, 2006-cı ilin 1 yanvar tarixindən əvvəlki dövrə aid olan 25 il sığorta stajını avtomatik olaraq hamı üçün hesablamaq istəyirik. 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2019-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.
Bunun nəticəsində biz pensiyaları tam avtomatlaşdırılmış şəkildə təyin etmək imkanına malik olacağıq. Yəni şəxsin pensiya yaşı tamam olduqda onun telefonuna SMS vasitəsilə məlumat göndəriləcək ki, siz pensiya yaşına çatmısınız, müəyyən edilən məbləğ, pensiya kartının hansı ünvandan götürülməsi ilə bağlı məlumat veriləcək”.
A.Əliyev hesab edir ki, bununla da pensiyaların tam avtomatlaşdırılmasına nail olmaq mümkündür:
“Burada dövlət qulluqçuları və güzəştli şərtlərlə pensiyaya çıxanlarla bağlı istisna var. Çünki onların hesablamaları bir qədər fərqlidir, tam avtomatlaşdırılma mümkün deyil”.
Xəbəri paylaş
4578 dəfə oxunub.
Digər xəbərlər

10-06-2016, 21:33
Mənzil Mülkiyyətçiləri Cəmiyyəti yaradıldı
2-10-2015, 17:00
Bakıda fəhlə 18-ci mərtəbədən yıxıldı
7-07-2015, 22:36
Gənc görünmək istəyən Xanımlar oxusun! - ÜSULLAR
25-12-2016, 10:57
Suriyaya gedən Rusiya təyyarəsi Qara dənizə düşdü- Yeniləndi
13-10-2022, 10:12
İbrahim Tatlıses toyu olan qızına yarım milyonluq qızıl kəmər hədiyyə etdi - FOTO/VİDEO
3-03-2018, 20:38
Cin Rəqsanədən üzr istədi
15-07-2017, 18:14
“KİA” aşdı - Sürücü və xanımı xəstəxanalıq oldu + Video
27-12-2015, 19:19
Erməni xakerləri Milli Məclisə "hücum" etdilər
10-06-2015, 21:41
Ulduz futbolçunun atası vergidən yayınmaqda ittiham olunur
15-05-2016, 20:50
Camalanın paltarı muzeyə qoyulacaq