Badamdarda sürüşmə villaları 30% ucuzlaşdırdı - Oliqarxlar təcili satışa başladılar
Tarix: 13-10-2018 | Saat: 16:10
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Xəbəri paylaş
8058 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 13-10-2018 | Saat: 16:10
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Xəbər verdiyimiz kimi, 2018-ci il oktyabr ayının 12-də gecə saatlarında Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində (Badamdar-20-ci sahəni birləşdirən yol) kəskin maili dağ yamacında, əvvələr tikilmiş istinad divarının yaxınlığında sürüşmə halları meydana gəlib.
B aş verən hadisədən sonra, yəni, dünəndən etibarən ərazi yaxınlığında yerləşən villa və obyektlərin satışı da xeyli artb.
Belə ki, ərazidə yerləşən super təmirli, hündür mərtəbəli villaların qiyməti 150 min manatdan 3.5 milyon manatadək dəyişir. Badamdarda yerləşən villa və obyektlərin əksəriyəti oliqarxlara məxsus olmasına baxmayaraq, mülklər vasitəçilər (maklerlər) tərəfindən satışa çıxarılıb. Əksəriyyətinin qiyməti 10 milyonlarla ölçülən bu mülklər dəyər-dəyməzə satılır.
Hətta bəzi elanlarda real alıcı olacağı təqdirdə endirim də ediləcək.
Misal üçün dünəndən elan saytlarının birində Badamdarda 14 sotun içərisində 5 mərtəbəli 18 otaqlı villa 1.7 milyon manata satışa çıxarılıb. Halbuki, bu villanın dəyəri 3 milyon manatdan artıq qiymətləndirilir.
Göründüyü kimi, ərazidə sürüşmə hallarının baş verməsi, bu zonada yerləşən mülklərin də satışına böyük təsir göstərib. Bəzi oliqarxlar isə ərazidə yerləşən obyektlərini dəyər-dəyməzə satıb, canlarını dövlətin qara siyahısına düşməsindən qurtarmağa çalışırlar. Səbəbi də məlumdur.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvü, əmlak eksperti Ramil Osmanlı Unikal.org-a bildirib ki, baş verən hadisədən sonra Badamdar ərzisində villalar və obyektlərin satış qiymətində 20-30 faiz ucuzlaşma qeydə alınacaq:
"Bildiyiniz kimi, müəyyən dövrlərdə oxşar hadisələr baş verdiyi zamanı ucuzlaşmalar qeydə alınıb. Bunlara əsaslanıb demək olar ki, sürüşmə halları Badamdar qəsəbəsində qiymətlərə kifayət qədər təsir göstərir. Bakının Bayıl ərazisi kifayət qədər bahalı zonalarından biridir. Çünki bura şəhərə yaxın və dəniz kənarında yerləşdiyi üçün kifayət qədər bahalı ərazidir. Bu ərzilərdə yerləşən villa və obyektlərin 50 faizə qədər də ucuzlaşması qeydə alına bilər. Badamdarda 14 sotun içərisində 5 mərtəbəli 18 otaqlı villa hazırda 1.7 milyon manata satılırsa, bu məbləğ bir neçə il bundan əvvəl 2.5 hətta 3 milyon manata qədər idi. Çünki bu ərazilərdə tikilən villar da kifayət qədər bahalı materiallardan hazırlanıb. İndiki satış isə bəzən sözügedən materialların dəyərini heç ödəmir”.(unikal.org)
Xəbəri paylaş
Digər xəbərlər
22-06-2017, 11:16
Cəbhə xəttində növbəti monitorinq keçiriləcək
16-04-2015, 18:32
İlham Əliyev yeni metro qatarları ilə tanış oldu - FOTO
27-05-2015, 01:31
Gürcüstandan Azərbaycana 1737 minik avtomobili ixrac olunub
4-07-2015, 21:48
Çılpaq kişi sərxoş polislə yumruqlaşdı - VİDEO
7-05-2016, 16:37
Bakı sakinini öldürənlər yaxalandı
29-10-2018, 12:41
Şəki-Kiş avtomobil yolunun açılışı oldu
17-10-2016, 11:22
Bakıda kanalizasiya “fontan vurdu” - VİDEO
17-05-2018, 15:33
Penitensiar Xidmətə yeni rəis müavini təyin edilib
18-04-2015, 01:40
Zaqatala da bir nəfər dəm qazından zəhərlənərək öldü.
19-04-2016, 23:33
Sabiq FİFA rəsmisindən rüşvət etirafı