Bakı metrosundan möhtəşəm layihə
Tarix: 13-07-2015 | Saat: 11:20
Bölmə:Karusel / M2 / Ekskluziv | çapa göndər
Bakı metrosunda fotoqrafların əsərlərindən ibarət foto-sərgi keçiriləcək.
Xeberaz.az-ın ATV.az-dan aldığı məlumata görə, iyulun 15-də “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti və “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə “Metro Gallery” layihəsi çərçivəsində foto-sərginin açılışı olacaq.
Bu, “Bakı Metropoliteni” QSC-nin sosial yönümlü ikinci sərgisidir. Daha öncə metronun “Nərimanov” stansiyasının təmirdən çıxmış keçidləri talassemiyalı uşaqlara yardım məqsədilə sərgilənən rəsm əsərləri müəlliflərinin ixtiyarına verilmişdi.
Bu dəfə isə “Gənclik” stansiyasının yeni təmir olunmuş keçidləri fotoqrafların ixtiyarında olacaq. Metronun kütləvi ictimai nəqliyyat vasitəsi olduğunu nəzərə alaraq, demək olar ki, fotoqrafların əsərlərini geniş kütləyə təqdim etmək üçün metro ən yaxşı sərgi məkanıdır.
Qeyd edək ki, “Metro Gallery” belə bir layihənin başlanmasına mart ayında start verib. Layihəyə marağın həddən artıq olmasını 126 nəfərin təqdim etdiyi 1857 fotoşəkil də sübut edir. Mövzülar müxtəlif və rəngarəngdir. Daha istedadlı 39 iştirakçının 92 əsəri Əməkdar mədəniyyət işçisi Fərid Xayrulinin rəhbərlik etdiyi peşəkar münsiflər heyəti tərəfindən seçilib.
Seçilmiş əsərlər noyabrın 15-nə qədər sərgilənəcək. Sənətsevərlər bu əsərlərə metronun “Gənclik” stansiyasının keçidlərində baxa biləcəklər.
Xəbəri paylaş
7098 dəfə oxunub.
Digər xəbərlər

2-01-2017, 02:04
20 yaşlı gənc bıçaqlandı
7-07-2015, 22:28
İrlandiyalı jurnalist Qarabağdan yazdı
29-07-2019, 15:41
211 uşaq vərəmə yoluxub - Azərbaycanda
12-11-2019, 12:15
MSK 15 ölkəyə dəvət göndərdi - Bələdiyyə seçkiləri ilə bağlı
27-10-2016, 16:30
Bakıda klinikada iki yaşlı körpə öldü
15-12-2022, 11:37
"Uşağın günahı yoxdur ki, ona yaşlı müəllim dərs deyir" - Təhsil naziri
18-01-2016, 16:32
"Bulvarda" Gənc qadın ozünü dənizə atdı
2-10-2015, 21:52
Özbəkistanda fahişələri pambıq yığmağa məcbur etdilər
24-06-2016, 18:53
Polşa: “AB-nin dağılmasına izn verilməməlidir”
17-01-2022, 10:42
Yanvarın sonuna Omikron sunamisi gözlənilir – Güclü dalğa xəbərdarlığı