Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Özbəkistanda fahişələri pambıq yığmağa məcbur etdilər
Tarix: 02-10-2015 | Saat: 21:52
Bölmə:M / Karusel / Dünya | çapa göndər

Özbəkistanda fahişələri pambıq yığmağa məcbur etdilər
“Onları cərimə edəcəyimizi bildirdik”.

Özbəkistanın Buxara vilayətinin höküməti yerli polisdə qeydiyyata alınmış fahişələri pambıq yığımına göndərib.

Bu barədə “Azadlıq Radio”sunun Özbəkistan bürosu şahidlərin aaçıqlamalarına və yerli hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir.

Qaragül rayon sakini Əsəd Salomovun sözlərinə görə, o yerli hakimiyyət nümayəndələrinin 40 yaxın əxlaqsız qadının avtobusa minizdirərək aparmasının şahidi olub.

“Mən eyvandan baxırdım. Onlar bütün qadınları bir cərgəyə düzdülər, yoxladılar, sonra isə avtobusa otuzdurub apardılar”, - Salomov bildirib.

Hüquq-mühafizə orqanlarında fahişələrin pambıq yığımına cəlb edilməsini təsdiq ediblər.

“Bəli, biz bu qadınların əməyindən istifadə edirik. Onları cərimə edəcəyimizi və əvvəlki işlərini qaldıracağımızı bildirdik. İndi isə onlar çox yaxşı işləyirlər”, - yerli sahə müvəkkili bildirib.

Məlumat verilir ki, yüngül əxlaqlı qadınlardan başqa, pambıq yığımına qeydiyyatda olan narkomanlar və spirtli içki aludəçiləri də cəlb ediliblər.


Xəbəri paylaş

1 5028 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___