Babək prospektinin istifadəyə veriləcəyi VAXT - Az qalıb
Tarix: 10-09-2018 | Saat: 15:57
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Bakının Babək prospektində avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir.
"Xəbəraz.az " xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, artıq prospektdə yenidənqurma işləri çərçivəsində 6 kilometr yol təmir olunub və asfalt döşənib:
"Hazırda işlər davam etdirilir. Prospektin uzunluğu 8,7 kilometrdir. Aparılan işlər çərçivəsində prospektin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılır. Yol yatağının yararsız qruntu təqribən 20 min kv.m sahədə ortalama 0.8-1 m dərinliklə qazılaraq çıxarılır. Bunun əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılır və əsas yenidən bərpa edilir".
Agentlik rəsmisi qeyd edib ki, prospekt boyunca qaz xətləri, istismar müddəti bitmiş təqribən 20 km uzunluğunda müxtəlif diametrə malik su xətləri, həmçinin 4 km-ə yaxın müxtəlif diametrli kanalizasiya xətləri yeniləri ilə əvəzlənib: "99 nöqtədə kanalizasiya xətlərinin baxış qapaqları da yenilənib. Həmçinin prospektin bir istiqamət üzrə hərəkət hissəsi 16 metrə qədər genişləndirilib. Yeni tikilən yolayrıcının və piyada səkilərinin kənarlarına 26 350 p-m uzunluğunda yeni səki daşları düzülüb".
A.Nəcəfli bildirib ki, prospektdə yenidənqurma işləri sentyabrın sonları, oktyabrın əvvəlində başa çatacaq.
Xəbəri paylaş
6958 dəfə oxunub.
Digər xəbərlər

10-10-2015, 18:51
İnsanın gəliri onun çəkisindən asılıdır - ŞOK İDDİA
26-10-2017, 14:27
Zemfiranın yeni maşını və bahalı nömrəsi-Video
13-06-2015, 14:32
Əvvəl 20 faiz həcmində ilkin ödəniş tələb edilirdisə, indi 2 dəfə artırılıb.(VİDEO)
5-11-2019, 16:13
Heydər Əliyev Fondu Oqtay Güləliyevin müalicəsini öz üzərinə götürdü
18-09-2015, 12:22
IŞİD-Suriyanın ikinci böyük şəhərini xəritədən silir
26-02-2017, 09:30
Almaniya ABŞ-ı ticarət müharibəsi ilə hədələdi
25-08-2015, 20:00
“Qarabağ” rəhbərliyi vətəndaşlardan xahiş edir ki... - FOTO
2-10-2016, 01:52
Bakıda Sovet maşınlarına qadağa qoyulur
22-03-2016, 12:03
Təqaüdçü 85 yaşlı arvadını baltaladı - Xəyanətdə şübhələnib...