Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əvvəl 20 faiz həcmində ilkin ödəniş tələb edilirdisə, indi 2 dəfə artırılıb.(VİDEO)
Tarix: 13-06-2015 | Saat: 14:32
Bölmə:M / Karusel / İqtisadiyyat / M2 / Fotogalereya | çapa göndər

Əvvəl 20 faiz həcmində ilkin ödəniş tələb edilirdisə, indi  2 dəfə artırılıb.(VİDEO)
İpoteka krediti təklif edən bankların bəziləri ilkin ödəniş məbləğini artırmaqla risklərini sığortalamağa çalışırlar.

Xeberaz.az ANS TV-nin məlumatına görə,xəbər verir ki, ölkədə ildə təxminən 80 min nikah bağlansa da ipoteka kreditindən yararlanan ailələrin sayı 700-dən çox olmur. Bu da ümumi ailə quranların heç bir faizi də deyil. Problemin həlli istiqamətində müəyyən addımlar atılsa da hələlik istənilən nəticə əldə olunmayıb. Mövcud ipoteka şərtləri gənc ailələrin hamısına mənzil sahibi olmağa imkan vermir. Burada əsas problemlərdən biri də ipoteka kreditlərinin ödənilməsi zamanı tələb olunan ilkin məbləğin miqdarıdır. İyun ayından bu daha da çətinləşib.

Ekspert Vüqar Bayramlı bildirdi ki, əgər əvvəllər adi və sosial ipoteka krediti təklif edilən zaman mənzil qiymətinin 20 faiz həcmində ilkin ödəniş tələb edilirdisə, indi bu göstərirci əksər banklarda ən azı 2 dəfə artırılıb.

Risk menecment baxımdan bankların mövqeyini anlayışlı qarşılamaq olar. Lakin ipoteka proqramı sosial təşəbbüs olduğundan burada risklərin idarəedilməsi ilə yanaşı aztəminatlı ailələrin mənzil probleminin həllinə yardımçı olmaq da əhəmiyyətlidir.

Azərbaycanda verilən ipoteka kreditlərinin şərtlərinə görə, adi ipotekanın verilməsinin maksimum həddi 50 min manat təşkil edir və səkkiz faizlə 25 il müddətinə verilir. Sosial ipoteka 50 min manat təşkil edir və dörd faiz dərəcəsi ilə 30 il müddətinə verilir. 2015-ci ilin dövlət büdcəsindən ipoteka kreditləşməsi üçün 50 milyon manat vəsait ayrılıb. Adi ipotekada ilkin ödəniş mininmum 20 faiz, sosial ipotekada isə 15 faiz olmalıdır. Ekspertlərin fikrincə bu məbləğ minimum yox maksimum hədd kimi götürülməlidir. Həmçinin qanunvericiliyə uyğun olaraq, Dövlət İpoteka Fondunun yanında İpoteka Zəmanət Fondunun formalaşdırılması və aztəminatlı gənc ailələr üçün ilkin ödəniş məbləğinin sözügedən fond tərəfindən qarşılanmasına da ehtiyac var.

Vüqar Bayramlı onu da açıqladı ki, 2005-ci ildə təsis olunmuş Azərbaycan Respublikasında Dövlət İpoteka Fondunun yanında İpoteka Zəmanət Fondu yaradılıb. Bu risk imkan verir ki, vətəndaş mənzili 100 faiz kreditlə götürsün. Qanunvericiliyə əsasən ilkin ödənişi etməyə imkanı olmayan ailələr mənzili tam olaraq kreditlə ipoteka götürə biləcək.

Qeyd edək ki, inkişaf etmiş ölkələrdə sosial ipoteka kreditlərinin illi faizi 0,7-2 faiz arasında dəyişir və ödəmələr kredit götürənlərin əmək haqqına uyğun olaraq hesablanır.



3268 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___