Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Araz Ağalarov: "Emin hər həftə onların yanına uçur" (FOTO)
Tarix: 12-07-2015 | Saat: 12:33
Bölmə:Karusel / M2 / Müsahibə | çapa göndər

Araz Ağalarov: "Emin hər həftə onların yanına uçur" (FOTO)
Azərbaycanlı milyarder oğlu ilə Leyla Əliyevanın boşanmasına bir daha münasibət bildirib


Oğlu Eminlə Leyla Əliyevanın boşanmasına keçən ay münasibət bildirərən Rusiyada yaşayan azərbaycanlı milyarder Araz Ağalarov bu barədə bir daha danışıb. ANS PRESS-in məlumatına görə, "Crocus" şirkətlər qrupunun prezidenti dost olaraq qaldıqlarını bəyan edərək birlikdə boşanma qərarı verən cütlüyün münasibətlərinin çox yaxşı olduğunu açıqlayıb.

"Eminlə Leyla əvvəllər olduğu kimi çox yaxşı münasibətlərini saxlayıblar. Onlar uşaqlarını birlikdə tərbiyə edirlər. Leyla və əkizlərin harada olmasından asılı olmayaraq o, hər həftə onların yanına uçur" - deyə, o "Komsomolskaya Pravda"ya müsahibəsində bildirib.

Araz Ağalarov oğlunun şəxsi həyatında baş verən bu hadisəni ilk dəfə şərh edərkən təəssüfləndiyini bildirmişdi: "Mən çox təəssüf edirəm ki, belə alındı. İkisi də mehriban, pozitiv insanlardır. Görünür, nə isə alınmadı".

Əslində keçmiş cütlüyün münasibətlərinin çox gözəl olduğu Emin Ağalarovun 27 iyunda baş tutan son konsertində öz təsdiqini tapdı. Leyla Əliyeva uşaqlarının atasının Nardaranda yerləşən 5 ulduzlu otelində yay mövsümünün açılışı münasibətilə verdiyi konsertinə bacısı Arzu Əliyeva və kürəkənləri Səməd Qurbanovla birlikdə tamaşa etməyə gəlmişdi. Sözügedən konsertdə səhnəyə çıxan EMİN, Leylanın konsertində olduğunu elə səhnədə elan etmişdi. Emin hətta "Leyla, sən çox gözəl, şık görünürsən əzizim" deyərək, ona kompliment də etmişdi.

Araz Ağalarov: "Emin hər həftə onların yanına uçur" (FOTO)
Foto Eminin Nardaranda yerləşən otelində verdiyi konserində çəkilib

Qeyd edək ki, Emin və Leylanın Əli və Mikayıl adında əkizləri var.

Xatırladaq ki, prezident İlham Əliyevin böyük qızı, ictimai xadim Leyla Əliyeva və həyat yoldaşı Emin Ağalarov 30 may 2015-ci il tarixində birlikdə boşanma qərarını veriblər. Bu barədə ilk olaraq xanım Əliyeva sosial şəbəkədə bəyan edib. Leyla Əliyeva Emin Ağalarovla nikahını pozmaq qərarına gəldiyini bildirib: “Azərbaycanda bir çoxları üçün sirr deyil ki, Eminlə nikahımız son illər formal xarakter daşıyır. Biz artıq çoxdan ayrı və müxtəlif şəhərlərdə yaşayırıq. Boşanmağımızı rəsmiləşdirməyin vaxtı çatıb və mən nikahımızı pozmaq qərarına gəldim. Biz dost olaraq qalırıq”.

Araz Ağalarov: "Emin hər həftə onların yanına uçur" (FOTO)
Leyla Əliyevanın İnstaqram səhifəsində paylaşımı

Leyla xanımın açıqlamasından sonra Emin bəy də məsələyə aydınlıq gətirib. O da ayrı şəhərlərdə yaşadıqlarını əsas gətirərək boşanma qərarını birlikdə verdiklərini yazıb: "Mənim səyahətlərim çox olur, biz ayrı şəhərlərdə yaşayırıq, oğullarım Bakıda, anası ilə birlikdə yaşayır. Çoxları üçün sirr deyil ki, son illər bizim Leyla isə nikahımız formal xarakter daşıyırdı. Biz çoxdan müxtəlif şəhərlərdə, ayrı yaşayırdıq. Boşanmamızı rəsmiləşdirməyin vaxtı gəlib çatdı və biz bunu etdik. Biz dost olaraq qalırıq və uşaqlarımızı birlikdə tərbiyə etməkdə davam edəcəyik".

Araz Ağalarov: "Emin hər həftə onların yanına uçur" (FOTO)

Emin Ağalarovun Facebook səhifəsində paylaşdığı status

30 aprel 2006-cı ildə ailə quran cütlüyün 1 dekabr 2008-ci ildə Əli və Mikayıl adlı əkiz övladları dünyaya gəlib.

Azərbaycanın ictimai-siyasi həyatında öz rolu olan Leyla Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidentidir. O, bununla yanaşı Fondun Rusiya filialının rəhbəridir. Eləcə də Moskvada rus dilində nəşr "Баку" jurnalının təsisçisi və baş redaktorudur. Leyla Əliyeva həmçinin Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi, "Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq" İctimai Birliyinin təsisçisi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvüdür. Bütün bu vəzifələrlə yanaşı incə ruhlu Leyla xanım şeirləri ilə sevilir.

Moskvada yaşayan Emin Ağalarov atasının qurduğu "Crocus" şirkətlər qrupunun vitse-prezidentidir. Daha çox bəstəkar-müğənni kimi tanınır.



1 4428 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___