Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Özümü və onu bədbəxt etdim, uşaqlarımın həyatı isə məhv oldu” - Eks-arvadını öldürən kişi
Tarix: 27-08-2018 | Saat: 21:12
Bölmə:Karusel / Hadisə | çapa göndər

“Özümü və onu bədbəxt etdim, uşaqlarımın həyatı isə məhv oldu”

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadını öldürməkdə təqsirləndirilən Rahib Babayevə hökm oxunub. 
Xeberaz.az-ın verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə R. Babayev son söz deyib. 
O deyib ki, arvadı həmişə çantasında bıçaq gəzdirib: “Bir dəfə evdə mübahisə edəndə bıçağı atdı, buduma batdı. Mən Binədə ev tutub ora getdim, arvadım məni izləyirdi. Bir dəfə yolda rastlaşanda yenə bıçaq çıxarıb vurmaq istədi, çəkildim, sinəmi yaraladı. Hadisə günü isə uşaqlar yan otaqda yatmışdı. Yoldaşım Ülviyyə mənlə mübahisə edib özünü öldürmək istədi, qollarını kəsəndə tutdum, qoymadım. 
Biz boşansaq da, arada dost kimi görüşürdük. Gecə yatdığım yerdə şəklimi çəkib təzə ailə qurduğum qadının qardaşına göndərib. Ona mesaj yazıb ki, “Rahib mənim yanımdadır, sən gəl, bacını apar". Mən də buna əsəbləşdim, yenə mübahisə edəndə qışqırmağa başladı, səsi çıxmasın deyə boğazından tutub sıxdım, boğulub öldü. 
Əməlimdən peşmanam. Özümü də, onu da bədbəxt etdim. Uşaqlarımın isə həyatını məhv elədim”.
Məhkəmə kollegiyasının hökmü ilə R. Babayev 11 il müddətinə azadlıqdan məhrum edilib.
Mərhum Ü. Orucəliyevanın atası verilən cəzanın az olmasına etiraz edib və halı pisləşdiyi üçün zaldan çıxarılıb. 
İttihama görə, hadisə 2018-ci il yanvarın 23-də gecə saat 3 radələrində Hasil Bayramov küçəsi ev 67-də baş verib.
Qeyd edilən ünvanda kirayədə yaşayan, 1991-ci il təvəllüdlü Orucəliyeva Ülviyyə Sulduz qızı keçmiş həyat yoldaşı, 1985-ci il təvəllüdlü Babayev Rahid Telman oğlu tərəfindən öldürülüb. Hadisədən sonra R.Babayev könüllü olaraq təslim olub.
Ü. Orucəliyeva ilə evliliyindən 2 azyaşlı övladları olan Rahib Babayev istintaqa ifadəsində deyib ki, arvadı ona  “səni qoymayacam evlənəsən, qayıt yanıma” deyərək tez-tez mübahisə edib. 


Xəbəri paylaş

6228 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___