“Özünü də, məni də bədbəxt etdi” - Keçmiş məhkumların türmə söhbəti ölümlə nəticələndi
Tarix: 18-08-2018 | Saat: 12:11
Bölmə:Karusel / Hadisə | çapa göndər
Kafedə həmyerlilərin mübahisəsi ağır cinayətlə başa çatıb.
Xeberaz.Az xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsində yerləşən kafedə qəsəbə sakini əvvəllər məhkum edilmiş Etibar Qəhrəmanov münaqişə zamanı həmyerlisi əvvəllər məhkum olunmuş Orucəli Xanızadəni bıçaqla qətlə yetirib.
Xəzər Rayon Polis İdarəsi 2-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Etibar Qəhrəmanov saxlanılıb. Saxlanılan şəxs istintaqa ifadəsində törətdiyi cinayət əməlini etiraf edib. Etibar bildirib ki, Orucəli Xanızadəni kafedə onun ünvanına nalayiq ifadələr işlətdiyinə görə vurub.
"Başladı içəridən danışmağa. Dedim ki, başqa şeydən danış, içərini sən də görmüsən, mən də görmüşəm. Elə danışırsan elə bil avropadan istirahətdən gəlmisən. İşdən-gücdən danış. Ondan sonra təhqirə keçdi. Özü də bədbəxt oldu, məni də bədbəxt edib getdi. 10-15 il ölü kimi bir şeydir. Mənim üçün böyük səhvdir", - saxlanılan şəxs Etibar Qəhrəmanov deyib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda başlanan cinayət üzrə araşdırmalar davam etdirilir.
Xəbəri paylaş
7518 dəfə oxunub.
Digər xəbərlər

16-10-2015, 13:23
Berlində İŞİD-ə döyüşçü yığan çeçen əsilli imam tutuldu
2-05-2018, 09:27
İkinci finalçı kim olacaq? - “Roma” “Liverpul”a qarşı
4-09-2022, 11:38
Bakıda inanılmaz olay: Ərini bıçaqlayan qadının şok ifadəsi - "Onu o qədər sevirdim ki..."
30-11-2015, 21:08
Şəxsiyyət vəsiqəsinə görə RÜSUMLAR
3-10-2015, 13:48
DANX Mingəçevirdə reyd keçirdi – FOTO
21-03-2020, 23:34
Koronavirus necə yayılır? - VİDEO
18-05-2018, 10:03
Bakı nefti 81 dolları keçdi
3-07-2015, 20:13
İsrafil İsrafilova qızıl medal verildi
26-06-2016, 11:08
Azərbaycanda borc vermək qaydası dəyişir – MÜHÜM YENİLİK
15-09-2016, 11:00
Ürək xəstəliklərinin dərmanı tapıldı