Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zooparkın ərazisi böyüdüləcək
Tarix: 03-08-2018 | Saat: 00:02
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Bakı Zooloji Parkı təmirə bağlanacaq.

"Xəbəraz.az " xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında parkın direktoru Azər Hüseynov bildirib. Onun sözlərinə görə, zooparkdakı heyvanların köçürülməsi üçün hazırda işlər həyata keçirilir:
"Zoopark ərazisi iki hektar artırılır. Qaradağ rayonunda heyvanların müvəqqəti saxlanılması üçün yer hazırlanır. Heyvanlar buradan çıxarılan zaman onlara uyuşdurucu iynələr vurulacaq, yatırdılacaq və həmin əraziyə köçürüləcək”.
Azər Hüseynov qeyd edib ki, zooparkın ərazisi təmir olunduqdan sonra heyvanlar yenidən əraziyə qaytarılacaq:
"Parkın ərazisi dörd hektara çatdırılacaq ki, bu zaman ayının, şirin, tülkünün yeri böyük və təbiətdə yaşadığı yerə uyğun olacaq. Bu istiqamətdə işlər davam etdirilir. Heyvanları payız aylarında köçürmək nəzərdə tutulub”.


Xəbəri paylaş

5248 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___