Bakıda yolu çökdürən zirzəmi sökülür - Foto
Tarix: 19-07-2018 | Saat: 17:08
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Qeyd edək ki, Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsinə alternativ olaraq müvəqqəti salınmış yolda çökmüş ərazidə aparılan qazıntılar zamanı yol səthindən təqribən 5-6 metr dərinlikdə dəmir-beton konstruksiya aşkarlanıb. Araşdırma zamanı məlum olub ki, bu əvvəllər sözügedən ərazidə söküntüsü tam həyata keçirilməmiş və tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmi hissəsidir.
Şərti adı "B-04" olan metro stansiyasınının tikinti ərazisi Cəlil Məmmədquluzadə küçəsinə düşdüyü üçün 2012-ci ildə küçənin sözügedən hissəsi hərəkət üçün bağlanaraq hasarlanıb. "Bakı Metropoiteni" QSC-nin sifarişi ilə boş ərazidə alternativ olaraq müvəqqəti yol salınıb.
Müvəqqəti yol hissəsi söküntüsü tam həyata keçirilməmiş, tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmisinin üzəri ilə çəkildiyindən və həmin zirzəminin 6-7 ildir ki, torpaq altında qalaraq korroziyaya uğramış mərtəbələrarası beton tavası sındığından müvəqqəti yolda çökmə baş verib.
Xatırladaq ki, çökmə qeydə alınan hissə alternativ olaraq və müvəqqəti salındığı üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında deyil.
Xəbəri paylaş
1 2048 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 19-07-2018 | Saat: 17:08
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Bakının Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsinin əsas hissəsində metro tikintisi ilə əlaqədar bağlanaraq alternativ salınmış müvəqqəti yolun çökmüş hissəsində qazıntı işləri davam etdirilir.
Avtomobil Yolları Dövlət Agentliyindən Axar.az-a verilən məlumata görə, müvəqqəti alternativ yolun altında aşkarlanan və söküntüsü yarımçıq aparılmış binanın zirzəmi hissəsi tamamilə sökülür. Söküntülər zamanı zirzəminin 2 mərtəbəli olması müəyyən olunub. Hazırda zirzəminin hər iki mərtəbəsinin söküntüsü işləri aparılır.Qeyd edək ki, Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsinə alternativ olaraq müvəqqəti salınmış yolda çökmüş ərazidə aparılan qazıntılar zamanı yol səthindən təqribən 5-6 metr dərinlikdə dəmir-beton konstruksiya aşkarlanıb. Araşdırma zamanı məlum olub ki, bu əvvəllər sözügedən ərazidə söküntüsü tam həyata keçirilməmiş və tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmi hissəsidir.
Şərti adı "B-04" olan metro stansiyasınının tikinti ərazisi Cəlil Məmmədquluzadə küçəsinə düşdüyü üçün 2012-ci ildə küçənin sözügedən hissəsi hərəkət üçün bağlanaraq hasarlanıb. "Bakı Metropoiteni" QSC-nin sifarişi ilə boş ərazidə alternativ olaraq müvəqqəti yol salınıb.
Müvəqqəti yol hissəsi söküntüsü tam həyata keçirilməmiş, tökmə torpaqla örtülmüş hündürmərtəbəli binanın zirzəmisinin üzəri ilə çəkildiyindən və həmin zirzəminin 6-7 ildir ki, torpaq altında qalaraq korroziyaya uğramış mərtəbələrarası beton tavası sındığından müvəqqəti yolda çökmə baş verib.
Xatırladaq ki, çökmə qeydə alınan hissə alternativ olaraq və müvəqqəti salındığı üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında deyil.
Xəbəri paylaş
Digər xəbərlər
25-06-2015, 16:10
Rəsmi Bakı AŞPA-nı bu açıqlama ilə məyus etdi
15-06-2022, 11:25
Stressi azaldan, ürəyi qoruyan DƏMLƏMƏ. Rus kardioloqun resepti
27-07-2016, 22:30
Putin Ruhani ilə Bakıda nəyi müzakirə edəcək?
7-05-2016, 02:10
“07”nin sürücüsü qəza törədib qaçdı - 3 yaralı+Foto
16-02-2019, 18:22
Həbs edilən dünya çempionunun anasından şok açıqlama: “Elə toy gününün birinci axşamı…”
5-12-2022, 13:11
Azərbaycanda sevgilisindən ayrılan tələbə qız özünü bıçaqladı
3-03-2016, 18:31
İspaniya futbolunda qalmaqal: baş məşqçi futbolçulara porno film izlətdirib (VİDEO)
13-08-2023, 12:19
Varlılar kasıblardan daha ağıılıdır? – Zəkamız haqqında bilmədiklərimiz
1-01-2018, 13:50
İsmayıllıda bu gün ikinci dəfə zəlzələ olub