Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazirliyin imtahanında qüsur – Ekspert açıqladı
Tarix: 13-07-2018 | Saat: 15:05
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər

Təhsil Nazirliyinin təşkil etdiyi MİQ imtahanlarında bəzi çatışmazlıqlar var.

bu sözləri təhsil eksperti Kamran Əsədov qeyd edib. O bildirib ki, nazirlik pullu keçirdiyi sınaqlarda test tapşırıqlarını ənənəvi kitablardan, qəbul imtahanının suallarını isə hələ çap olunmayan kurikulum dərsliklərindən salır:
“Təhsil Nazirliyinin Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) insan resursları mərkəzinin əməkdaşı Feysbukda bu il MİQ imtahanlarında test tapşırıqlarının kurikulum dərsliklərindən salınacağını bildirib. Lakin bu dərsliklər arasındakı mübahisəli, ziddiyyətli faktlar hələ də öz həllini tapmayıb. Bundan başqa, kurikulum dərslikləri tam şəkildə çap olunmayıb. Müvafiq qəbul imtahanlarına namizədlərin səmərəli hazırlaşmalarına kömək məqsədilə sınaq imtahanı keçirilir. Təhsil Nazirliyinin TİPİİ-də MİQ-lə bağlı 10 manata sınaq imtahanları keçirirlər. May ayından TİPİİ-nin keçirdiyi MİQ sınaq imtahanlarında onminlərlə adam iştirak edib və müvafiq olaraq TİPİİ külli miqdarda gəlir əldə edib. Amma maraqlısı budur ki, TİPİİ-nin keçirdiyi MİQ sınaq imtahanlarında iştirakçılara təqdim edilən test tapşırıqları kurikulum kitabları əsasında yox, ənənəvi dərsliklər əsasında hazırlanmışdı. Necə olur ki, pul qazanmaq üçün keçirilən sınaqlarda ənənəvi dərsliklərdən test tapşırığı təqdim edirlər, amma qəbul imtahanlarında kurikulum dərsliklərdən?! Halbuki, kurikulum üzrə nə proqram, nə də vəsait var. Hərə müstəqil bir vəsait çap edib. Məntiq üzrə də nə proqram, nə də vəsait var. Vahid kitabın olmaması dağınıqlıq yaradır. Həmçinin ixtisaslar üzrə də proqram və vəsait yoxdur”.
Ekspert MİQ imtahanlarını da DİM-in keçirməsini təklif edib və bildirib ki, DİM-in bütün proqram və vəsaitləri çap etdirildiyi üçün çaşqınlıq yaranmır.


Xəbəri paylaş

6788 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___