Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Lamiyyədən Ağadadaşa cavab: "Ondan incidim, bilmədiyi şeyləri danışıb"
Tarix: 28-04-2018 | Saat: 20:39
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

Lamiyyədən Ağadadaşa cavab: "Ondan incidim, bilmədiyi şeyləri danışıb"

Teleaparıcı Lamiyyə Ələkbərqızı xalq artisti Ağadadaş Ağayevin onun barəsində səsləndirdiyi ittihamlara cavab verib.

Xəbəraz.Az-ın məlumatına görə, L.Ələkbərqızı  ölkə.az-a bildirib ki, xalq artistinin dedikləri tamamilə əsassızdır: 

"Əvvəla, həmin konserti mənim işlədiyim telekanal çəkməyib. İyirmi üç ildir televiziyadayam və bunun on bir ilini Azərbaycan Dövlət Televiziyasında çalışmışam. Həmçinin on bir il "Lider" telekanalında işləmişəm, direktor müavini vəzifəsini icra etmişəm. İndi isə İctimai Televiziyanın Musiqi-əyləncəli və Xüsusi Layihələr departamentinin direktoruyam. Ağadadaş müəllim dəfələrlə verilişlərimdə qonaq olub, aramızda illərdir çox xoş münasibət var. O, mənim atam yaşındadır. Sənətkar ailəsində böyüdüyümdən nəinki ona, heç bir sənətkara, heç bir insana hörmətsizlik etməyim mümkün deyil".

Teleaparıcı xalq artistinin onu "xallı qız" kimi təqdim etməsinə də münasibət bildirib:

"İnsanın arıq, yaxud xallı olması ayıb deyil. Ayıb olan yalan danışmaq, olmayan şeyi deməkdir. Əslində, Ağadadaş müəllimin dedikləri mənim ona olan münasibətimi dəyişmir. Sadəcə, dediklərini onun adına, tituluna, sənətinə yaraşdırmadım. Orada əsas problem konserti bağlamaqla bağlı idi. Ancaq əminliklə deyə bilərəm ki, konsert günü nə Ağadadaş müəllimi, nə də onun oğlunu görmüşəm. Sadəcə, konsert bitəndən sonra oğlu "Xəzər" televiziyasının departament rəhbəri Kənan Bayramova və prodüser Rizvana yaxınlaşıb ki, axı biz burdaydıq. Çünki Ağadadaş müəllim orada maşından aşağı düşməyib ki, kimsə onu görsün. Halbuki konsert ərzində prodüser dəfələrlə onunla əlaqə saxlayaraq, səhnəyə dəvət edib". 

L.Ələkbərqızı bildirib ki, A.Ağayevin ona zəng vurmasından da xəbərsizdir:

"Konsert günü telefonlarım bağlı olub. Deyim ki, mənim dörd nömrəm var və onun hansı nömrəmi yığdığını da bilmirəm. Ümumiyyətlə, konsert günlərində telefonlarımı bağlayıram ki, işimə mane olmasın. Bir daha deyirəm ki, ona qarşı münasibətim çox yaxşıdır. Allah canını sağ eləsin. Sənətkardır, xalq artistidir, atam yaşındadır. Amma mən ondan incidim. Bu şeyləri ona yaraşdırmadım. Ona hörmətsizlik etsəm, atama hörmətsizlik etmiş olardım. Tanıyanlar bilir ki, indiyədək kiməsə yalan danışmadım, kiminsə haqqında kiməsə yalan məlumat vermədim və bu, ola bilməz. Ağadadaş müəllim bilmədiyi şeyləri danışdı. Desin ki, onun barəsində kimə yalan məlumat vermişəm".

Qeyd edək ki, A.Ağayev Yeni Azərbaycan Partiyasının seçki kampaniyası çərçivəsində təşkil edilmiş konsertdə teleaparıcı Lamiyyə Ələkbərqızıyla problem yaşadığını bildirmişdi.


Xəbəri paylaş

1 2608 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___