Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>
Hər növ keyfiyyətli elektronik avadanlıqların yalnız bircə ünvanı Ağa Electronics.Qulaqcıqlar,Mauslar,Music Playerlər,Poverbanklar, Action və Obyekt kameraları daha nələr-nələr.Keyfiyyətli bütün malları Ağa Electronicsdən əldə edə bilərsiniz! Ünvan: 28 may küçəsi 78b Əlaqə: (+99455)9700007 @aga.electronics @aga.electronics @aga.electronics
Əlaqə üçün: (+99455)9700007 (WhatsApp) ➡@aga.electronics
Türkmən şousunun bu dəfəki "qurban"ı gənc müğənnimiz Rüstəm Yağmurun "söylə" mahnısı oldu- VİDEO
Tarix: 28-06-2018, 20:26 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm / Şou-Biznes | çapa göndər





Xalqımızın mədəniyyət tarixinə nəzər saldıqca özümüzlə nə qədər öyünsək azdır desəm, əsla təvazükarlıqdan kənar olmaz.
İstər şeir-qəzəl, istər musiqi, istər memarlıq, istər sənətkarlıq və.s sahədə müqayisə olunmaz sənət inciləri yaratmışıq
Xalqımızın övladları böyük istedad və qabiliyyətləri ilə hər zaman diqqət mərkəzində olub.
Lakin sənətkarlarımızın istedadları çox zaman qısqanclıqlarla üzləşməli olub.Bu səbəbdən də xalqımızın yaratdığı istər şifahi xalq yaradıcılıqları, istər müəllif əsərləri təcavüzlərə məruz qalıblar.
Hələ bu gün də mübahisəsi gedən sənət incimiz "Sarı gəlin" xalq mahnısı, balaban alətimiz, mətbəximizdən dolmamız və.s bədxah qonşular tərəfindən mənimsənilməkdədir.
Aydındır, qonşumuz bədxahdır, oğrudur. Çünki düşməndir. Bəs dost "oğurluğu"?
Bəlkə də işlətdiyim oğurluq ifadəsi çox böyük ittihamdır. Lakin inanın ki, baş verənlər barədə bu kəlmədən yumşağını tapa bilmədik.
Qardaş Türkiyənin tanınmış bir çox sənətkarı xalqımızın unudulmaz bəstəkarı Şəfiqə Axundovanın sən gəlməz oldun mahnısına müraciət edib, mahnının sözlərini dəyişməklə repertuarlarına salırlar.
Əlbətdə bu çox xoş haldır ki musiqimiz başqa xalqlar tərəfindən sevilir.Xoş olmayan isə odur ki, mahnı səslənən zaman müəllifin kimliyi söylənilmir.
Ondan da daha pisi isə dili dilimizdən, dini dinimizdən olan Türkmən müğənniləri son zamanlar sanki tətikdə dayanıb Azərbaycan müğənnilərinin yeni mahnılarını gözləyirlər ki, özləşdirib repertuar sayını artırsınlar
Türkmən şousunun bu dəfəki "qurban"ı gənc müğənnimiz Rüstəm Yağmurun "söylə" mahnısına göz dikdi.
Orta Asiyada olduqca rəğbətlə qarşılanan bir çox gənc istedadlarlmızın mahnıları dillər əzbərinə çevrilib.

Amma bilmirik bu hala sevinək ya kədərlənək.Türkmən səhnəsində səslənən Azərbaycan mahnısı, musiqisi könlümüzü oxşamaq yerinə, bulandırır. Daha da obrazlı desək göz görə-görə müəllif əsəri olan və ilk dəfə Rüstəm Yağmurun ifasında səslənən "Söylə" mahnısı açıq-aşkar zəbt edilib, müəllif hüquqları heçə sayılır.
Azərbaycan Respublikadının Konsitusiyasında maddə 30-ll-ilə tənzimlənən əqli mülkiyyət hüququ yer alır və hər bir vətəndaşın müəllifli hüququ qanunla müdafiə olunur.
Belə olan halda Türkmənistanlı müğənni yalnız müəllif Rüstəm Yağmurun hüquqlarına deyil, eləcə də Azərbaycan Respublikasının qanununa hörmətsizlik edir.
Hadisələrə digər bir tərəfinə yanaşanda isə, bizim müəlliflərin laqeydlikləri də təəssüf hissi doğurur. Bu gün qeyri-sağlam rəqabətin əsirinə çevrilmiş hər bir əsər hər an təhlükə altındadır.
Durmadan artan informasiya bolluğunda nə oxucunu, nə dinləyicini məmnun etmək asan deyil.
Rüstəm Yağmur şanslı müğənilərdən hesab olunur ki, onun əsəri ölkə sərhədlərindən kənarda sevilib, qarşılanır. Lakin müğənninin hər hansı bir səbəblə əsərini patentləşdirməməsi, sonda uğurdan artıq, uğursuzluq yaradır.
Əsərinin müəllif hüquqları qorunmadan, plaqyat şəkildə yayılması sənətkarın nüfuzuna yönələn birbaşa təxribat hesab edilir.

Redaksiyamıza müraciət edən gənc müğənni Rüstəm Yağmur uğradığı haqsızlıq qarşısında bizdən dəstək olmamızı xahiş etdi.
Biz isə öz növbəmizdə yalnız Rüstəm Yağmura deyil, haqsızlığa uğrayan hər bir insana kömək əlimizi uzadlrıq.
Eləcə də ümüd edirik və əminik ki, "söylə" mahnısı hər birimizin qəlbinə sevgi gətirəcək.

Tarixən bədnam qonşularımız ermənilərin maddi-mənəvi irsimizə əl uzatmalarının, özləşdirmələrinin şahidi oluruq. Hər dəfəsində də düşmən xisləti deyib, bir təhər qatlanırıq.
Azərbaycan xalqı hər sahədə olduğu kimi, musiqi və söz sənətində də kamillik nümunəsidir.
Bunun nəticəsidir ki, bir çox incəsənət nümunələrimiz kimi, mahnı və rəqslərimiz də oğurlanıb, mənimsənilir. Mənimsəyənlər də özgə yöx özümüzünkülər, dili bir, dini bir, milləti bir Türkmən qardaşlarımız.

Erməninin oğurluğuna düşməndir deyib dözdük. Bəs dost deyib oğurluğ edən birinə nə ad verilir?
Gənc müğənni Rüstəm Yağmur müəllifi olduğu "Söylə" mahnısı ilə tamaşaçılarının görüşünə yenicə gəlmişdir ki, birdə xəbər tutar mahnısı Türkmən televiziyalarında, müəllifi qeyd olunmadan yayımlanır.

Əslində Türkmən müğənnilərinin ilk plaqyat addımı deyil, bizim musiqimizi Rüstəm Yağmurun mahnısından öncə də bir neçə mahnılarımız mənimsənilib.
Azərbaycan Respublikası Konsitusiyasının 30-ll maddəsi ilə hər bir Azərbaycanlının,eləcə də xarici vətəndaşın müəlliflik hüquqları qorunur.



3128 dəfə oxunub.
<>
Hər növ keyfiyyətli elektronik avadanlıqların yalnız bircə ünvanı Ağa Electronics.Qulaqcıqlar,Mauslar,Music Playerlər,Poverbanklar, Action və Obyekt kameraları daha nələr-nələr.Keyfiyyətli bütün malları Ağa Electronicsdən əldə edə bilərsiniz! Ünvan: 28 may küçəsi 78b Əlaqə: (+99455)9700007 @aga.electronics @aga.electronics @aga.electronics
Əlaqə üçün: (+99455)9700007 (WhatsApp) ➡@aga.electronics

Bölməyə aid digər xəbərlər
21-09-2015, 15:16 Erməni zabiti həlak oldu

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
5+17-2=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
____ Instagram ___