Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ZÖVQLÜ və DƏBLƏ geyinən BƏYLƏR ÜÇÜN Azərbaycanın ən Dəbli Geyim və Ayaqqabılarını Satan Online Satış Portalıyıq. Çatdırılma Gün Ərzində Sizə Münasib Vaxtlarda.. . Ölkə Xariçi Göndəriş Yalnız Bizdə. . Bütün Bölgələrə Çatdirilma 1 Günə. .
Əlaqə üçün: (055)-291-37-73 (WhatsApp) ➡@kisi_ayaqqabilari_baku
Xurmanın misilsiz faydaları. MÜALİCƏVİ RESEPTLƏR
Tarix: 2-06-2018, 14:02 | Saat: 15:47:00
Bölmə:Karusel / Səhiyyə | çapa göndər


Xurmanın adı müqəddəs Qurani-Kərimdə çəkilir. Məhəmməd peyhəmbər (s.ə.s.) orucu xurma ilə açmağı tövsiyə edirdi.
Xurma karbohidratlarla zəngindir və bu səbəbdən bir neçə xurma insanda aclıq hissini xeyli azaldır. Bunun nəticəsində xurma ilə oruc açan insan həddən artıq yemir və nəticədə öz fiziki və mənəvi sağlamlığına ziyan vurmur.
Mütəxəssislər xurmanın yüksək qidalı və müalicəvi xüsusiyyətlərini qeyd edirlər. Xurma əsl vitamin-mineral kompleksidir. Xurma B qrupu, C, A vitaminləri, fosfor, kalsium, dəmir, kalium, mis, maqnezium, sink, selin və bir çox digər faydalı minerallarla zəngindir. Xurma həmçinin aminturşularla zəngindir.
Kalium və dəmirlə zəngin olan xurma ürək-damar sistemi üçün olduqca faydalıdır - ürəyin fəaliyyətini və qanın tərkibini yaxşılaşdırır, ürəyin əzələsini möhkəmləndirir, tonuslaşdırır, damarları və kapilyarları möhkəmləndirir, trombların əmələ gəlməsinin qarşısını alır. Kardioloqlar ürək xəstəlikləri olan insanlara bu meyvəni gündəlik qidalanmasına daxil etməyi tövsiyə edirlər.
Xurma mədə-bağırsaq sistemi üçün də çox xeyirlidir - bağırsaqları təmizləyir, onların fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını alır, mədənin şirəsini azaldır ki, bunun nəticəsində mədə və 12 barmaq bağırsağında olan xoralar və eroziyalar daha tez sağalır.
Pektinlərlə zəngin olan xurma bağırsaqları ziyanlı maddələrdən (şlaklar, toksinlər, ağır metalların duzları və s.) təmizləyir, orqanizmdə "pis" xolesterinin səviyəsini aşağı salır.
Xurma orqanizmə xərçəng əleyhinə təsir edir.
Xurma hamilə qadınlar üçün xüsusilə faydalıdır. Belə hesab olunur ki, xurma doğuş prosesini asanlaşdırır, qadına güc verir, doğuşdan sonra uşaqlığın daha tez yığılmasına və bunun nəticəsində qanaxmaların qarşısını almağa kömək edir.
Südverən analar üçün də xurma çox faydalıdır. Xurma anada südün artmasına kömək edir.
Xurmanın daim qəbulu insanın immun sisteminə çox müsbət təsir edir.
Yorğunluqla mübarizədə xurma ən yaxşı vasitədir. Bir neçə xurma insanın əmək qabiliyyətini artırır, insanı daha gümrah və fəal edir.
Xurma kişi sağlamlığı üçün də çox xeyirlidir - spermanın keyfiyyətinə müsbət təsir edir, kişi gücünü (potensiya) artırır.
B qrupu vitaminlərlə zəngin olan xurma insanın sinir sisteminə çox müsbət təsir edir - sakitləşdirir, beyinin fəaliyyətini yaxşılaşdırır. Yuxusuzluqdan əziyyət çəkən insanlar belə reseptdən istifadə edə bilərlər - 1 stəkan suda 2-3 xurma qaynadın, süzün və ilıq şəkildə yatmazdan əvvəl için.
Xurmanın tərkibində olan fosfor və kalsium mineralları dişlərin sağlamlığı üçün çox vacibdir. Həmçinin xurma damaqları möhkəmləndirir, damaqların qanamasını və iltihabını azaldır.
Qəbizlikdən əziyyət çəkən insanlar bu kimi təbii müalicəvi vasitədən istifadə edə bilərlər - 5 dənə xurmanı 1/2 l suda kompot kimi bişirin və sübh tezdən bu kompotdan (ilıq şəkildə) 1 stəkan için. Qalan suda yulaf yarmasını ("herkules") isladın və 30 dəqiqədən sonra yeyin.
Öskürək və boğaz ağrısı zamanı 3-4 ədəd yuyulmuş və çəyirdəyi çıxarılmış xurmanı 1 stəkan süddə 15 dəqiqə ərzində vam odda qaynadın, süzün və sonra ilıq şəkildə qəbul edin.

6078 dəfə oxunub.
ZÖVQLÜ və DƏBLƏ geyinən BƏYLƏR ÜÇÜN Azərbaycanın ən Dəbli Geyim və Ayaqqabılarını Satan Online Satış Portalıyıq. Çatdırılma Gün Ərzində Sizə Münasib Vaxtlarda.. . Ölkə Xariçi Göndəriş Yalnız Bizdə. . Bütün Bölgələrə Çatdirilma 1 Günə. .
Əlaqə üçün: (055)-291-37-73 (WhatsApp) ➡@kisi_ayaqqabilari_baku

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
5+17-2=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
____ Instagram ___